Nəriman Əliyevi "gördüm" deyən olmayıb, Elmira Axundova rayona gəlməyib, Musa Qasımlı isə şəhid ailələrinə baş çəkməyi özünə rəva bilməyib 

Azərbaycan Ordusunun aprelin 1-dən 5-nə qədər Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlarda 100-ə yaxın əsgərimiz şəhid olub. Atəşkəs elan edildikdən sonra şəhidlərimizin dəfninə start verilib ki, proses bu gün də davam edir. 

JAM.AZ xəbər verir ki, bu döyüşlərdə Masallı rayonu da iki qəhrəman oğlunu şəhid verib. Onlardan biri rayonun Kalinovka kəndinin sakini Nurlan Əsgərov, digəri isə Güllütəpə kəndində dəfn olunmuş Firdovsi Bağırzadədir. 

Qeyd edək ki, hər iki şəhidin dəfnində rayon rəhbərliyi aktiv şəkildə iştirak edib. Üstəlik, şəhid ailələrinin durumu ilə yaxından maraqlanılır və onlara zəruri olan yardımlar edilir. Lakin bu proses boyu diqqəti çəkən çox vacib bir məqam var.  Masallı rayonuna 5 seçki dairəsi düşür. Onlardan ikisi əsasdır, digər üçü isə digər rayonlarla birləşərək yaradılıb. Həmin diqqəti çəkən vacib məqam isə odur ki, bu 5 seçki dairəsindən deputat seçilmiş millət vəkillərindən heç biri şəhid dəfnində iştirak etməyiblər. 

70 saylı Masallı şəhər seçki dairəsindən deputat Nəriman Əliyevi gördüm deyən olmayıb. Onun belə mühüm hadisədə iştirak etməməsi qətiyyən başadüşülən deyil. 71 saylı Masallı kənd seçki dairəsindən deputat seçilmiş Elmira Axundova da dəfn mərasimlərinə qatılmayıb. Ümumiyyətlə, bu deputatdan Masallı camaatı çoxdan əlini üzüb və ondan hər hansı bir köməklik də istəmirlər. 

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmiş Musa Qasımlı, hətta özünə o əziyyəti verib, öz seçki dairəsinə düşmüş Güllütəpə kəndinə belə baş çəkməyib. Halbuki Qarabağda şəhid olan əsgərlərimizdən biri elə bu kənddən idi. 

69 saylı Cəlilabad-Biləsuvar-Masallı seçki dairəsindən deputat olan Fəzail İbrahimlinin Cəlilabaddakı şəhid dəfnlərində iştirak etdiyi dəqiqdir. Bu səbəbdən də onun vaxt edib Masallıdakı dəfnlərə qatıla bilməməsi anlaşılandır. Analoji vəziyyət 73 saylı Lənkəran-Masalı seçki dairəsindəni seçilmiş Cavanşir Paşazadəyə də aiddir. 

Görəsən, Masallının deputatları niyə şəhid dəfnlərinə qatılmadılar? Bu adamların nə qədər vacib, mühüm və strateji əhəmiyyətli işləri olub ki, bir neçə saatlığına dəfn prosesinə qatılmağa vaxt tapmayıblar? Hər halda bu suallara onların özləri aydınlıq gətirəcəklər. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300