Fransa Respublikasının Ain bölgəsindən olan senator Silvi Qo-Şavan bəyanatla çıxış edərək ermənilər tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və yeddi ətraf rayonun ərazilərinin işğalı və mülki əhaliyə qarşı törədilən təcavüzü pisləyib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, senator bəyanatında bildirir ki, erməni silahlı qüvvələri illərdir Dağlıq Qarabağı və yeddi ətraf rayonu qanunsuz şəkildə işğal altında saxlayır. O, Ermənistanı davamlı olaraq həyata keçirdiyi təhriklərdən əl çəkməyə çağırır və BMT Təhlükəsizlik Şurasının erməni hərbi qüvvələrinin işğal edilmiş ərazilərdən geri çəkilməsi ilə bağlı qətnamələrə əməl edərək beynəlxalq hüquqa hörmət etməyi tələb edir.

Bəyanatda senator Silvi Qo-Şavan Azərbaycanın birtərəfli qaydada atəşkəs elan etmək qərarını da alqışlayır, mülki əhalini, dinc sakinləri qadın və uşaqlara məhəl qoymadan qətlə yetirən Ermənistan ordusunun təcavüzkar əməllərini pisləyir və Ermənistan dövlətinə də atəşkəslə bağlı eyni addımı atmağın vaxtı yetişdiyini söyləyir.

Senator sonda bəyan edir ki, Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlar Fransanın iqtisadi tərəfdaşı və terror əleyhinə mübarizədə mühüm müttəfiqi olan və sabitlik adası sayılan Azərbaycan Respublikasının ərazisidir. Ermənistan ordusu dərhal və heç bir qeyd-şərtsiz həmin ərazilərdən çıxarılmalıdır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300