Müxalifətdən iqtidara Qarabağla bağlı təkliflərBişkək protokolu”nun qüvvədən düşdüyü elan edilsin!”

Müxalif və müstəqil ekspertlər 3 günlük savaşın yekunları ilə bağlı qətnamə qəbul edib

"3 gün davam edən əməliyyatlar Qarabağ savaşı ilə bağlı uzun illər ərzində formalaşan vəziyyəti dəyişdirdi. Qısa müddətdə həm ölkə ictimaiyyətinin, həm dünya birliyinin münaqişəyə münasibətində dəyişikliklər baş verdi ”.

Bu fikirlər aprelin 12-də Müsavat Partiyasının qərargahında keçirilən "Qarabağ savaşının 2 aprel mərhələsi: Qazandıqlarımız və itirdiklərimiz” mövzusunda dəyirmi masada dilə gətirilib.

Tədbirdə 3 günlük müharibə ilə bağlı proseslər tam başa çatmasa da bəzi ilkin nəticələrin mənzərəsinin məlum olduğu vurğulanıb. "Dəyirmi masa”da qəbul edilən qətnamə qazandıqlarımız, itkilərimiz, təkliflər olmaqla 3 bölməyə ayrılıb.

Qazanc…

Qazandıqlarımız bölümündə deyilir ki, bu müharibədə xalqın Qarabağın işğalı ilə heç zaman barışmadığı bəlli olur. Bundan əlavə, xalqın özünə inamının artması, Qarabağın azad edilməsinin dünya azərbaycanlılarını birləşdirən nöqtə çevrilməsi qeyd edilir. Müəlliflərə görə, bu savaş hərbçilərin vətən uğrunda döyüşlərdə qətiyyətli olmasını ortaya qoydu.

Üstəlik müəlliflər düşünür ki, bu savaş Azərbaycanın əsas müttəfiqinin Türkiyə, Ermənistanın isə müttəfiqinin Rusiya olmasını birmənalı ortaya qoyub.

İtkilər…

İtkilərə gəlincə, tədbirdə qeyd edilib ki, 90-dan artıq hərbçi, 10-a qədər mülki şəxs həlak olub (Müdafiə Nazirliyi ötən həftə bildirmişdi ki, bu döyüşlərdə Azərbaycan tərəfi 31 hərbiçi itirib – AR).

Habelə, avtoritar idarəçiliyin fəsadları olan bəzi strukturların ekstremal şəraitdə işləyə bilməməsinin üzə çıxdığı vurğulanıb. Sənəddə hakimiyyət dairələrinin bu hadisələrdən daxili siyasi məqsədlər üçün istifadə etmək səylərinin bəyənilmədiyi qeyd edilib. Xarici siyasətdə çeviklik, diplomatik təşəbbüskarlıq nümayiş etdirilmədiyi bildirilib.

 

Təkliflər…

Təkliflər bölməsində isə "Ərazi bütövlüyü uğrunda” ümummilli konsepsiyanın hazırlanması önə çəkilir. Bundan əlavə, atəşkəslə bağlı "Bişkek protokolu”nun qüvvədən düşməsinin rəsmi elan olunması vurğulanır. Minsk Qrupu formatının Azərbaycanın mövqeyi nəzərə alınmaqla dəyişdirilməsinin tələb olunması irəli sürülür. Əməliyyatın dayandırılması barədə Moskvadakı danışıqların mahiyyətinin xalqa açıqlanması vacib sayılır.

Bununla yanaşı Qarabağ müharibəsi iştirakçıları, əlilləri, həlak olanların ailələrinin imtiyazlarının artırılması təklif edilir. Peşəkar ordunun yaradılması üçün tədbirlər planı hazırlanması, vətəndaş həmrəyliyinə nail olmaq üçün siyasi məhbusların azadlığa buraxılması və geniş islahatlara başlanılması istənilir.

Bişkek protokolu tərəflər arasında 1994-cü ildə imzalanıb. Həmin sənəddə tərəflər üzərilərinə atəşkəsə əməl edəcəkləri ilə bağlı öhdəlik götürürdülər.(azadliq.org)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300