"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” Quran, 57:22

Xəbər verildiyi kimi, dünın (10 aprel) səhər saatlarından başlayaraq əsən güclü külək Xaçmaz rayonunda, eləcə də şimal bölgəsində bir sıra fəsadlar törədib. Külək bölgənin elektrik təsərrüfatına ciddi ziyan vurub. Ağaclar kökündən qoparaq elektrik və rabitə xətlərinin üzərinə düşüb, binaların dam örtüklərini qoparıb. İki gündür bölgə demək olar ki, qaranlığa qərq olub.

Araşdırmalarımız göstərir ki, Azərbaycanda baş verən  enerji və qasırğa ilə  bağlı bu cür hadisələr təsadüf olmayıb, biri-biri ilə riyazi şəkildə əlaqəlidir. Yəni, bunlar pərakəndə baş verməyib, ciddi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü bir qayda olaraq 114 və 286 ədədləri ilə biruzə verir ki, bunlardan birincisi "Quran”ın surələrinin, ikincisi isə, səhifələrinin sayıdır (Kəbədə saxlanan, muzey və kitabxanalarda qorunan bütün qədim "Quran”ların 286 səhifədən ibarət olması və bu ədədin sirləri barədə ötən yazımda bəhs etmişdim). 

Hesablamalarımız göstərir ki,  Şimal bölgəsində baş verən qasırğa və enerji qəzası Neft daşlarındakı analoji qəza ilə riyazi şəkildə bağlıdır. Belə ki, 01 iyul 2015-ci il tarixdə Xəzərdəki "Günəşli” yatağında, Cilov adasında müəmmalı enerji böhranı baş verdiyindən 3-4 gün ərzində bütün platformalar ehtiyyat generatorlar vasitəsi ilə işıqlandırılmışdır. Hadisədə diqqət çəkən məqam ondan ibarətdir ki, dünən (və bu gün) Şimal bölgəsində baş verən qasırğa və enerji böhranı  yuxarıda qeyd etdiyim neft yataqlarındakı enerji böhranının 286-cı (!) günü baş vermişdir. Bu da "Quran”ın səhifələrinin sayı olmaqla, diqqətimizi bir daha müqəddəs kitaba və halallığa yönəldir...

Hadisənin üzərindəki sirr pərdəsi bununla bitmir. Elmi-ladun hesablamalarımız göstərir ki, Şimal bölgəsindəki qasırğanın iki il qabaq Cəlilabadda baş verən analoji hadisə ilə də riyazi bağlılığı vardır. Xatırladım ki, 2014-cü ilin mayın 27-də Cəlilabadda güclü təbiət hadisəsi baş vermiş, ildırım bir neçə nəfəri vurub öldürmüşdür (dünyasın dəyişənlərə Allahdan rəhmət diləyirəm). Hadisədə diqqət çəkən digər məqam ondan ibarətdir ki, Cəlilabaddakı ildırım hadisəsi ilə, Şimal bölgəsində baş verən qasırğa arasında  686 gün fərq vardır ki, bundan da "Quran”ın surə və səhifələrinin sayını çıxanda yenə də müqəddəs kitabın rəmzi olan 286 ədədi alınır və bir daha diqqətimizi bəşəri dəyərlər toplusu olan "Quran”a yönəldir:

686 – 286 – 114 = 286
 
Daha bir maraqlı məqamı diqqətinizə çatdırım ki,  2014-cü ilin 27 may tarxində Cəlilabaddakı  ildırım hadisəsi ilə  1 iyul 2015-ci il tarixdə Xəzərdə  "Günəşli” yatağında baş verən  müəmmalı enerji hadisəsi arasında 400 gün fərq vardır ki, bundan yenə də "Quran"ın surələrinin sayını (114) çıxanda, müqəddəs kitabın səhifələrinin sayı (286) alınır və bir daha hadisələrin millətimizə və dövlətimizə Allahdan bir xəbərdarlıq olduğunu görmək olur:

400 – 114 = 286

Hadisələrdə diqqət çəkən daha bir maraqlı məqam Cəlilabad rayonunun beynəlxalq rabitə kodu ilə bağlıdır. Belə ki, həmin vaxt bu rayonun kodu 114 (!) idi ki, bu da "Quran" rəmzi sayılır.

Riyazi yolla Cəlilabad hadisəsinə və "Quran"a bağlanan daha bir hadisə 2015-ci ilin dekabrın 4-də baş verdi. Həmin gün Xəzərdə baş vermiş tufan səbəbindən "Günəşli"  yatağında estakadada uçqun və yanğın baş vermiş, nəticədə çoxsaylı insan təlafatı olmuşdur (hadisədə həlak olanlara bir daha Allahdan rəhmət diləyirəm). Hadisələrdə diqqət çəkən məqam ondan ibarətdir ki, neft daşlarında baş verən fırtına Cəlilabaddakı ildırım hadisəsinin 555-ci (!) günü baş vermişdir  ki, bu ədəd keçən yazımda şərh etdiyim  kimi, "Quran”da tövbə və cəza rəmzi  sayılır. 

Hadisələrin Cəlilabad ətrafında baş verməsinin sirrini izah etdik ki, rayonun kodu (114) ilə bağlıdır (rayonun adı da Allahın adlarından ("Cəlil”) biridir). Sual yaranır ki, bəs niyə hadisələr Xaçmazda davam edir? Hesablamalarımız göstərir ki,  bu da təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü rayonun seriyasında (həmçinin rabitə indeksində) göstərir. Belə ki, bu il martın 15-də Ankara-Bakı marşurutunda uçan bir təyyarəmiz qəza səbəbindən geri qayıtmağa məcbur olmuşdur ki, bu hadisə Allah tərəfindən böyük bir xəbərdarlıq idi. Maraqlıdır ki, dünəndən başlayan qasırğa və enerji böhranı da bu təyyarə xəbərdarlığının 27-ci günü baş vermişdir ki, bu da Xaçmaz rayonunun seriya və rabitə indeksini göstərir. 

"And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. "Quran”, 19:94

Beləliklə, Azərbaycanda baş verən bu kimi sirli hadisələrin monitorinqi göstərir ki onlar  əslində yolun azmış və biri-birinə manyakcasına zülm edən, işgəncə verməyi sevən millətimizə (vəzifəsindən aslı olmayaraq) Allahdan bir xəbərdarlıqdır. Hesablamalarımız göstərir ki, insanlarımız bu xəbərdarlıqları qulaqardına vurduqca, bəlaların şiddəti və miqyası da genişlənəcəkdir. Hər ziyanın içində bir xeyir olduğu kimi, bu silkələnmələr və katakilizmlər də Azərbaycanın təmizlənməsi və dünyanın mənəviyyat mərkəzi olması ilə nəticələnəcəkdir. 
Odur ki, Ağıl sahibləri baş verənlərdən ibrət almalı və heç kəsi gözləmədən təcili tövbə edib, günahlardan təmizlənməlidir (mən özüm də belə etmişəm).
"Sizdən təkcə zalımlara toxunmayacaq (zalımlara dəstək olduqlarına görə hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah Onun əmrlərini pozanlara  şiddətli əzab verəndir!" Quran, 8:25
 
(c) Allahın qulu və carçısı: Paşa Yaqub (tədqiqatçı yazıçı)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300