IMG 8066

 

Bu günlərdə Türkiyənin Antalya şəhərində G20 toplantısı başlayacaq. Dünyanın iqtisadi baxımdan ən qüdrətli ölkələrinin, aparıcı maliyyə qurumlarının rəhbərləri bir araya gələrək müasir mərhələdə qlobal prosesləri və problemləri müzakirə edəcəklər. Əsas diqqət iqtisadiyyatın mövcud durumu, beynəlxalq maliyyə sistemi, böhran tendensiyası və onun qarşısnın alınması, enerji təhlükəsizliyi, işsizlik kimi sosial-iqtisadi mövzulara yönələcək. Eyni zamanda,  dünya  liderləri  digər qlobal problemlərin - qanlı münaqişə ocaqları, xüsusən Yaxın Şərqdə yaranmış vəziyyət, beynəlxaql terror təhlükəsi, İŞİD faktoru,  bütün bunların nəticəsində qaçqına çevrilmiş milyonlara insanın Türkiyəyə və Avropaya kütləvi köç etməsi və sair məsələlərin həlli yollarını axtaracaqlar.

IMG 8066Bu önəmli toplantının ev sahibi Türkiyə öz statusundan istifadə edərək Azərbaycanı G20 tədbirlərinə dəvət edib. İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzi dünən Müsavat qərargahında bu mövzuya həsr edilən toplantı keçirib. Toplantıda MSDM-nin rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, AMDP-nin lideri İsgəndər Həmidov, "Turan" agentliyinin direktoru Mehman Əliyev, Yaxın Şərq üzrə ekspert Aida Qəmbər, AXDP-nin sədri Rafiq Turabxanoğlu, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı və partiyanın rəhbərliyində təmsil olunan şəxslər, eləcə də ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər. Müzakirələrdən sonra MSDM-in bəyanatı açıqlanıb. Bəyanatda bildirilir ki, Azərbaycan gerçək strateji müttəfiqi olan Türkiyənin bu addımını yüksək qiymətləndirməli və belə bir yüksək səviyyəli beynəlxalq forumda iştirakı sadəcə prestij məsələsinə çevirməməli, bu imkandan  maksimum faydalanmağa çalışmalıdır.

Bəyanatda daha sonra deyilir:

"Bəllidir ki, Azərbaycanın bir sıra çox ciddi probleməri var və bu problemlər getdikcə ağırlaşmaqda və dərinləşməkdədir.  Bu problemlərin həlli , xüsusən 1) Ermənistanın ölkəmizə təcavüzü və  20 ildən artıqdır ki, torpaqlarımızın işğal altında,  bir milyona qədər insanımızın etnik təmizlənməyə məruz qalması; 2) beynəlxalq terror təhlükəsinin getdikcə artan şəkildə  Azərbaycanı da təhdid etməsi; 3) qlobal enerji sistemində baş verən dəyişikliklər – neft qiymətinin ciddi düşməsi, yeni enerji mənbələrinin (həm ənənəvi, həm alternativ) artması, Azərbaycanın Avropaya qaz nəqli proyektlərinə iqtisadi və siyasi əngəllər yaradılması; 4) dərinləşən iqtisadi böhranın mənfi təsirlərini qarşısının alınması beynəlxalq birliyin ciddi siyasi və maliyyə dəstəyi olmadan   mümkün görünmür.

Azərbaycan heyəti  G20 sammitində və Antalya toplantısının digər tədbirlərində fəal iştirak edərək, müzakirə proseslərində aydın, çağdaş, dünya birliyinin magistral inkişaf xəttinə uyğun mövqe sərgiləyərək ölkəmizin maraqlarının təmin olmasına maksimum səy göstərməlidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu, o qədər də asan olmayacaq. Bir tərəfdən obyektiv gerçəklik göstərir ki,  Azərbaycanın  problemləri çoxsaylı qlobal problemlərlə üzləşən dünya liderlərinin və beynəlxalq qurumların prioritetləri sırasına daxil deyil.  Digər tərəfdən isə, Azərbaycan hakimiyyətinin yanlış daxil və xarici siyasəti ölkəmizi dünya birliyindən getdikcə daha çox təcrid edir. Azərbaycanın korrupsiya və insan haqlarının pozulması üzrə dünyanın "qara” siyahılarında getdikcə daha da önə çıxması, demokratiya və seçki məsələlərində beynəlxalq təşkilatlların tövsiyyələrinə və obyektiv iradlarına saymazyana və arqessiv reaksiyaları,  ABŞ və Avropa İttifaqı ilə münasibətlərin gərginləşməsi, Qərb dünyası ilə məsafələnmənin atrması və özünütəcridin güclənməsi isə  vəziyyəti daha da ağırlaşdırır. Artıq bu da aydın görünür ki, belə yanlış siyasət Rusiya və İran tərəfindən Azərbaycana daha sıcaq münaisbətə deyil, əksinə bu regional güclərin ölkəmizə qarşı iddialarının, tələb və təhdidlərin artmasına gətirib çıxarır.

Bütün bunlara son qoyulmalıdır.  Həddindən artıq zaman itirilmişdir. Artıq bir gün belə itirmədən təcili addımlar atılmalıdır. Həm də bu addımlar kosmetik və müvəqqəti manevr xarakteri daşımamalı, prinsipial və ardıcıl addımlar olmalıdır.

Azərbycan hakimiyyəti G20 toplantısına qədər və toplantının   gedişində aşağıdakı addımları atmalıdır:

  1. Bütün siyasi məhbusların azad edilməsi;
  2. 2015-ci il 1 noyabr tarixli parlament seçkilərinin nəticəsinin rəsmiləşdirilməməsi və yaxın müddətdə yeni seçkilərin keçiriləcəyinin bəyan edilməsi;
  3. Azərbaycanda əsas siyasi və iqtisadi azadlıqların bərqərar edilməsi ilə bağlı kursun bəyan edilməsi;
  4. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq ölkəmizin avroatlantik inteqrasiya istiqamətində addımlar atacağının bəyan edilməsi, Avropa İttifaqına, NATO-ya üzvlüklə bağlı müraciət edilməsi və Ümumdünya Ticarət Təşkilatı ilə üzvlük danışıqlarının sürətləndirilməsi;
  5. Beynəlxalq birlyin diqqət mərkəzində olan geopolitik mövzularda, Ukrayna, Suriya kimi münaqişə məsələlərində aydın və birmənalı mövqe bildirilməsi.

Azərbycanın beynəxalq birlikdən təcridinin dayandırılması və köklü problemlərimizin Azərbaycanın maraqlarına uyğun şəkildə  həllinə nail olunması  yolunda Türkiyə ilə strateji müttəfiqliyi daha da dərinləşdirmək lazımdır. Türkiyə həm Antalya sammitinin təşkilatçı, həm də yaxın bir ildə G20-yə koordinatorluq edəcək dövlət olaraq  Azərbaycana önəmli dəstək verə bilər.

MSDM hakimiyyətin mütləq atmalı olduğu addımaları vurğulamaqla yanşı,  ölkə ictimaiyyətinə və xüsusən demokratik düşərgədə təmsil olunan partiyalara, qurumlara, şəxslərə  müraciət edərək bu çətin mərhələdə hamını məsuliyyətli davranmağa, siyasi konyukturaya deyil, xalqımızın və dövlətimizin köklü maraqlarına uyğun mövqe tutmağa çağırır". 

IMG 8067

IMG 8068

IMG 8069

IMG 8070

 

IMG 8077

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300