Şəhid pilotlar dəfn edildi – Müsavat rəhbərliyi vida mərasiminə qatıldı

Cəbhə bölgəsində şəhid olan Mİ-24 helikopterinin pilotları – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev bu gün vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn ediliblər.

"Qafqazinfo” xəbər verir ki, dəfndə Müdafiə Nazirliyinin rəhbərliyi, hərbçilər, şəhidlərin yaxınları və böyük insan kütləsi iştirak edib.

Şəhidlər son mənzilə izdihamlı yürüşlə yola salınıb. Vida mərasiminə Müsavat başqanı Arif Hacılı, onun müavini Tofiq Yaqublu, Divan üzvü Razim Əmiraslanlı, Məclüs üzvləri Dadaş Əhmədli və Zakir İsmayıl, Müsavat Gənclər Təşkilatının üzüvü Rəhim Yaqublu və digər müsavatçılar qatılıb. Yürüş zamanı "Şəhidlər ölməz, vətən bölünməz!” və digər şüarlar səsləndirilib.

Allah rəhmət eləsin.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300