Neftçala Yol Polisində ölüm faktı – Vətəndaşı əsəbləşdirib öldürdülər

Neftçala Rayon Dövlət Yol Polis Şöbəsində ölüm hadisəsi baş verib. Bizimxeber.az-ın Neftçala bürosundan daxil olan məlumata görə, ötən gün Neftçala Rayon Dövlət Yol Polis Şöbəsində ölüm faktı baş verib ki, payon polisi və rayon Mərkəzi xəstəxananın baş həkimi Telman Zahidov bu faktı gizlətməyə çalışır.

Belə ki, rayonun Mirzəqurbanlı kənd sakini 1945 təvəllüdlü Nəcəfov Qabil Rza oğlu avtomobilə texniki baxışın olmaması səbəbindən ona məxsus "VAZ 2107” markalı maşını ilə yol polisi inspektorları tərəfindən Yol Polis Şöbəsina aparılıb.

Bir neçə dəqiqədən sonra vətəndaşın öldüyü bəlli olub. İzi itirməık üçün dərhal dünyasını dəyişən  Qabil Nəcəfovun oğlunu şöbəyə çağırıblar və avtomobili götürməsini bildiriblər. Bir sözlə, şöbədə vətəndaşın ölüm faktını ört-basdır ediblər…

Bizimxeber.az-a verilən məlumata görə, Şirvan İmtahan Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarovun qardaşı oğlu, Salyanda inspektor işləyən Azad Məmmədyarov rayon Yol Polis şöbəsinə rəis təyin olunadan sonra bu sahədə qanunsuzluq baş alıb gedir. Sürücülər hədələrə məruz qalır, aylıq haqq istənilir və sairə…

Daha dəqiq təfərrüatlarla bağlı geniş məlumat verəcəyik.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300