Londonda Ermənistan əleyhinə etiraz aksiyası keçirilib - FOTO
Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginlik
Böyük Britaniyada yaşayan Azərbaycan diasporunun diqqət mərkəzindədir. 

Azərbaycanın haqq işinə dəstək məqsədilə Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) təşkilatçılığı ilə Böyük Britaniyada yaşayan diaporumuzun fəalları və
burada təhsil alan tələbələrimiz, beynəlxalq hüquq müdafiəçiləri aprelin 10-da paytaxt
Londonun mərkəzində etiraz aksiyası keçiriblər. 

Musavat.com xəbər veri ki, sanksiyalaşdırılmış etiraz aksiyası London sakinlərinin və
turistlərin əsas gəzinti yeri olan Trafalqar Meydanından başlayıb. Tədbir iştirakçıları
Vaythol küçəsindən, 10-cu Dauninq küçəsində yerləşən Böyük Britaniya baş naziri
Devid Kameronun iqamətgahına doğru yürüş ediblər. Aksiya iştirakçıları Böyük
Britaniyanın baş naziri Devid Kamerona müraciət edərək Ermənistana 20 ildən
artıq işğal etdiyi Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf
rayonundan hərbi qüvvələrini çıxarmayana qədər, ona qarşı iqtisadi sanksiyalar
tədbiq etməyə çağırış ediblər. Yürüş iştirakçıları tərəfindən qəbul olunmuş rəsmi
müraciət baş nazir Devid Kameronun poçtuna atılıb. 400-dən artıq etirazçının  iştirak
etdiyi tədbir beynəlxalq media tərəfindən işıqlandırılb. Aksiyada Londondakı türk,
qazax, özbək və qırğız diasporasının nümayəndələri də iştirak edib. 

Tədbir iştirakçıları həmçinin, aprelin 9-da Parisdəki Ermənistan səfirliyi qarşısında
azərbaycanlıların keçirdiyi etiraz mitinqində ermənilərin dinc insanlara qarşı
hücum etməsini də pisləyiblər. Əllərindən plakat və Azərbaycan bayraqlarını tutan
aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpasına və
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
isiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək
olduqlarını ifadə ediblər. Aksiyada "Ermənistanın ASALA terroristləri və əsgərləri
Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidirlər”, "Biz ədalət tələb edirik!”,
Qarabağ Azərbaycandır!, Qarabağ Azərbaycana məxsusdur!”, "Ermənistan
Azərbaycandan rədd olsun!” "Ermənistan etnik təmizləmədə günahkardır”,  
"Ermənistan prezidenti - MÜHARİBƏ CİNAYƏTKARIDIR”, "SARQSYAN – Əllərin
qan içindədir!” şüarları səslənib.
Etiraz aksiyasının plakarlarında aşağıdakı məzmunda çağırışlar da yer alıb: 

-     Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 62/243 saylı Qətnaməsi

-     Azərbaycana "beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində
onun suverenliyi və  ərazi bütövlüyünə davamlı hörmət və dəstəyi” Təsdiq edir ; 

-   Azərbaycanın "işğal olunmuş bütün ərazilərindən Ermənistan qüvvələrinin
dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmasını” Tələb edir ; 

 -    Azərbaycan ərazilərinin işğal edilməsində heç bir dövlət dəstək verməməli
və yardım göstəməməlidir. 

- Ermənilər 1918-ci il 31 mart soyqırımında günahkardırlar. Biz soyqırımı unutmamışıq
və ədalət tələb edirik !

- Ermənistan Xocalı soyqırımında günahkardır. Biz soyqırımı unutmamışıq və ədalət
tələb edirik !

Yürüşün yekun qətnaməsində bildirilir ki, bu aksiya Ermənistan - Azərbaycan
qoşunlarının təmas xəttində Ermənistan tərəfindən hərbi təxribatın və görünməmiş
səviyyədə zorakılığın baş verməsi nəticəsində onlarla Azərbaycan hərbçisinin və mülki
əhalinin tələfatına etirazdır.
Dünya parlamentlərinin Azərbaycanı haqq işini dəstəkləməsı və BMT Təhlükəsizlik
Şurasının artıq 22 ildir qəbul etdiyi lakin icra edilməyən qətnamələrin yerinə yetirilməyənə
qədər Ermənistana qarşı sanksiyaların tədbiqnin artıq vaxtı çatıb. Mötəbər beynəlxalq
təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər Ermənistan hərbi qüvvələrinin Azərbaycan
ərazilərini tərk etməyi və işğalın qurbanları olan təqribən bir milyon yaxın qaçqın və
məcburi köçkünlərin evlərinə qayıtmaq imkanı yaratmağı tələb edir.



 







Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300