Qarabağda aprelin 2-dən 5-nə qədər davam edən, Azərbaycan silahlı qüvvələrinin təmas xəttinin bəzi istiqamətlərində irəliləməsi ilə nəticələnən 4 günlük müharibə nüfuzlu ekspert çevrələrində də təhlil olunur.

Virtualaz.org xəbər verir ki, rusiyalı politoloq, şərqşünas və islamşünas, Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq bu cür toqquşmaların davam edəcəyini deyib.

Rusiya KİV-lərinə müsahibəsində ekspert deyib ki, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəyinə dair müntəzəm olaraq verdiyi bəyanatlar boş sözdür. "Ermənistan heç nəyi tanıyan deyil. Bu cür toqquşmalar isə müntəzəm olaraq davam edəcək. Şəxsən mən bu münaqişədən çıxış yolu görmürəm”-Malaşenko deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın KTMT üzvü olması ona heç nə vermir. Çünki bu təşkilat formaldır, faktiki olaraq hərbi blok kimi işləmir. "Siz təsəvvür edə bilərsinizmi ki, məsələn, qazaxlar və qırğızlar Azərbaycanla döyüşəcək? Düzdür, təsəvvür edə bilməzsiniz. Onlar Ermənistanın tərəfində döyüşə gedən deyillər”-Malaşenko bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300