Daha bir Azadlıq mücahidi əbədiyyətə qovuşdu – Vətənindən niskilli – (Fotolar)Elə insanlar var ki, onların dünyadan gedişı sözün əsl mənasında təssüf doğurur. Əlqəmə Alxan oğlu Xəlilov uzun yolun yolçularından idi .AXCP – nın Qubadlı Rayon təşkilatının  qurucularından, Müsavat Partiyası Qubadlı Rayon Təşkilatının fəal üzvü, sədr müavini idi.

Onun keçdiyi şərəfli yol örnək olacaq qədər ali idi.

O, bir Azadlıq mücahidi idi, avtoritar rejimin qanunsuzluqlarına  etiraz etməkdən çəkinməzdi. O, bir Vətən fədaisi idi, vətənindən uzaq qalsa da, ürəyindəki vətən eşqi zərrə qədər də, azalmamışdı.

Bəzən insanlar  yaşı neçə olur olsun, "övladlarını yerbəyer etdi, daha nə dərdi qaldı ki?” – deyib təsəlli verərlər.

Əlqəmə bəyin ən böyük dərdi Vətən dərdi idi.”Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” – deyən Əlqəmə bəy o niskili özü ilə apardı.

Ən təssüf doğuran hal bilirsiniz nədi? İllər boyu Vətənin Azadlığı uğrunda mübarizə aparan, rejimin yaratdığı bütün mədudiyyətlərə baxmayaq sivil, demokratik cəmiyyət arzusu ilə yanıb-tutuşan Azadlıq mücahidinin, o Azadlığa çatmamış bu dünyadan köç edib, getməsi…

Dəfn mərasiminə Nüsavat partiyasının Divan üzvü Razim Əmiraslanlı, Müsavat Partiyası Qubadlı Rayon Təşkilatının sədri Nazim Azadoğlu, Müsavat Məclisinin Gender  Komissiyasının  sədri Könül Alı , Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas və bir çox müsavatçılar qatıldılar.

Əlqəmə bəyi canından artıq sevdiyi Vətənin al bayrağına bükdü dostları. Müsavatçıların onun cənazəsinə girib heç kimi yaxına buraxmamsı  ailəsinə və övladlarına qürur hissi yaşatdı.Biz müsavatçılar mübarizəsini sona çatdırmamış bu dünyadan köçən əqidə dostlarımızın yolunu daima davam etdirəcəyik. Ancaq xalqımızın Azadlığına qovuşduğu gün onların ruhu şad olacaq.

Allah rəhmət eləsin!

1v3LNDPkA0Qv7gpqAm lj8dEk
v5lbZR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Könül Alı, Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300