İranlı siyasətçilərdən Ermənistana işğala son qoymaq çağırışı...
İranın Reformist Partiyalar Şurasının Qərbi Azərbaycan bölgəsi üzrə nümayəndəliyi Ermənistanın Qarabağı işğal etməsini pisləyən bəyanat yayıb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda qeyd edilir ki, son günlər İslam dünyasının bir parçası olan Azərbaycanın Qarabağ bölgəsində işğalçı Ermənistan ordusu müharibəni alovlandırıb.
 
Bəyanatda vurğulanır ki, işğalçı Ermənistan uzun müddətdir ki, bu bölgədə müharibə şəraiti yaradıb. Amma bu dəfə qardaş Azərbaycan ordusu Qarabağda Ermənistan ordusuna qətiyyətlə cavab verib və işğal edilən bir sıra bölgələri azad edib: "Uzun illərdən sonra həmin bölgələrdə Allahu-əkbər sədası ucaldılıb. Reformist Partiyalar Şurasının Qərbi Azərbaycan bölgəsi üzrə nümayəndəliyi Azərbaycan ordusunun qəhrəmanlığını dəstəkləyir. Elan edir ki, münaqişənin yeganə həll yolu Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş 20 faiz torpaqlarından geri çəkilməsi və münaqişənin danışıqlar yolu ilə həll edilməsidir”. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300