artileriya-cebhe

Artıq 30 ilə yaxındır ki, Qafqaz dağlarında  Dağlıq Qarabağ adlı bir məkanda Böyük Avropanın həll olunmamış münaqişələrindən biri uyuyur – New York Times-a Karneqi Mərkəzinin Avropa nümayəndəliyinin böyük elmi işçisi Tomas de Vaal yazır.

Politoloq xatırladır ki, 80-cı illərdə bu region Qorbaçyovu "küncə qoydu”, 90-cı illərdə ona görə 20 min adam həlak oldu, milyondan çox qaçqın yarandı, 1994-cü ildə isə Ermənistan Azərbaycana qalib gəldi atəşkəs imzalasalar sülhə nail olunmadı.

Ötən həftə Dağlıq Qarabağ özünün var olduğunu xatırlatdı: ola bilər ki, düşmən tərəflərdən biri "çox güman ki, Azərbaycan qərara gəldi ki, bölgədə işlərin gedişatını dəyişmək fikrinə düşsün”, məqalədə deyilir.

"Dağlıq Qarabağda yeni tam masştablı münaqişə əsl kabus olardı. Hər iki tərəf müasir silahlarla təhciz olunduğuna görə, ehtimal olunur ki, on minlərlə gənc insan həlak olacaq, de Vaal hesab edir. – Onsuz da bir birinə düşmən kəsilmiş iki dövlət, Ermənistan və Azərbaycanla hərbi öhdəliklər bağlamış Rusiya və Türkiyə bu müharibəyə cəlb oluna bilərlər. Bölgədə hərbi əməliyyatlar Gürcüstan, İran və Rusiyaya aid Şimali Qafqazı da qeyri-stabil vəziyyətə gətirəcək. Xəzər dənizindən çəkilmiş neft və qaz kəmərləri təhlükə altında olacaq.”

"Bu kədərli mənzərədə yalnız bir ümid şöləsi var – artıq sülh prosesi gedir(yıxıla-yıxıla olsa belə) – müəllif yazır. – 2005-ci ildə tərtib olunmuş sülh yolu ilə həll olunma planı layihəsi hər iki tərəfə istədikləırini vəd edir: Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və sərbəst iradə ifadəsi hüququnun, yekun da isə, ola bilər ki, müstəqillik təminatı verilməsi şərti ilə azərbaycanlı məcburi köçkünlərin yerlərinə qayıtması və itirilmiş torpaqların Azərbaycana qaytarılması”

"Zaqafqaziyada düşmənlə razılıq nəzərdə tutan plana cəlb olunmaq üçün siyasi iradə çatışmır. Beynəlxalq birlik etiraf edə bilmir ki, bu münaqişənin həlli yolunda ucuz metod yoxdur. Ötən həftə ərzində vasitəçilər yeni barışığa nail olmağı bacardılar. Amma Dağlıq Qarabağa "yedək siyasəti” yetmir. Onun problemlərini həll etmək üçün Birləşmiş Ştatlar, Rusiya və Fransanın birgə zamin olacaqları sülh müqaviləsinə mürəkkəb beynəlxalq vasitəçi əməliyyatı lazımdır, – məqalədə deyilir. – Bu ciddi çağırışdır, amma Zaqafqaziyada yeni faciəvi müharibə ilə müqayisədə heç nədir. Böyük dövlətlər Minskdə, Belorusda, 1992-ci ildə qeyd olunmuş, amma başlanmamış sülh konferensiyası çağırmalıdılar. Bu – nə qədər ki gec deyil.Nəhayət ki, dünyanın bu münaqişəni ciddiyyətə alması göstərici ola bilər.”

Томас де ВААЛ, The New York Times

Tərcümə etdi: Azər İsmayıl , Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300