Dələduzluq faktı ilə üzləşərək 3700 manat məbləğində ziyana düşən Masallı sakini Elnur Ağayevin işində hər hansı bir yenilik yoxdur. 
 
Bu barədə Teleqraf.com-a zərərçəkən özü məlumat verib. Onun sözlərinə görə, bu işlə bağlı hüquq müdafiəçisi Mobil Vəkilov da ədliyyə nazirinə müraciət edib. E.Ağayev özü də Masallə rayon Polis Şöbəsinin pasport və qeydiyyat bölməsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlu ilə görüşərək, ona qarşı dələduzluq etmiş şəxsin əlaqə nömrəsini verib, ancaq həmin şəxs hələ də yaxalanmayıb.
 
Qeyd edək ki, Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu "Moskva" univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb. O bu barədə dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, hələ ki heç bir nəticəyə nail ola bilmir.
 
Qəzet və saytlarda bu olay barədə yazıldıqdan sonra DİN-in mətbuat xidmətinin əməkdaşları da məsələyə reaksiya verərək, dələduzluqda təqsirləndirilən şəxsin yaxalanacağını vəd etsələr də, Masallı rayon polisləri hələ də vətəndaşın şikayəti əsasında heç bir tədbir görməyiblər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300