CAN AZƏRBAYCAN yanındayıq – İsa Yaşar Tezəl"İĞDIR ERMƏNİSTAN SƏRHƏDİNƏ GEDİR.

Qardaş Azərbaycan son bir həftədir erməni quldurları ilə vuruşur. Nə üçün! Öz DOĞMA TORPAQLARINI geri almaq üçün. Bu haqlı mübarizəsində hər şeyimizlə CAN AZƏRBAYCANIN yanındayıq.

İllərdir ki, ermənilər əleyhinə ən kiçik bir hadisə olsa belə yüzlərlə ziyalılar, yazarlar, sənətçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri, başda Bakı olmaqla böyük şəhərlərdə təpki göstərir və "Hamımız erməniyik” şüarı yeriyirlər. Əlbəttə, biz sosial mediada bu nəsli olmayan adamlara yerlərini göstəririk, amma yetmir.

İNDİ SIRA BİZDƏDİR!

Bu soyu olmayanlara lazımi cavabı aksiyamızla verəcəyik. Can İğdırımızda çox böyük bir şou həyata keçiriləcək. İğdır Ermənistanın sərhəd qapısı Əlicana yürüyür. "Hamımız erməniyik” deyənlərə "HAMIMIZ TÜRKÜK” deyə cavab verəcəyik.

Xahiş edirəm, hörmətli həmyerlilərim, heç bir SİYASİ DÜŞÜNCƏ və PARTİYA ayrı-seçkiliyi etmədən bu yürüşdə öz yerini alsın, təpki göstərsin. Qardaşlarımıza sahib çıxaq. Necə ki, erməni soyu olanlar sahib çıxır, biz də ÖZÜMÜZƏ SAHİB ÇIXAQ. Bu əhvala, bu dəstəyə Azərbaycanımızın ehtiyacı var. Həmçinin bizim də birlik olmağımız üçün çox əhəmiyyətli bir fürsətdir. Artıq birlikdə olmağın ən gözəl vaxtıdır.

ƏLİCAN sərhəd qapısından Ermənistana hamı birlikdə "Qatil erməni QARABAĞDAN ÇIX!” deyək.

ƏLİCAN sərhəd qapısından Ermənistana hamı birlikdə "TÜRKİYƏ-AZƏRBAYCAN. İki DÖVLƏT BİR MİLLƏT!” deyək.

Haydı, Can İğdırım, bütün dünyaya göstər özünü.

ƏLİCAN sərhəd qapısından deyək, Can AZƏRBAYCAN səsimizi eşitsin.

BİZ DƏ SİZDƏNİZ, BİZ DƏ SİZDƏNİZ.

 

9 aprel, şənbə saat 14.00.  Yer – Əlican sərhəd qapısı”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300