Demet Akalından əsgərlərimizə dəstək – FOTO
Türkiyəli məşhur müğənni Demet Akalın cəbhədə baş verən hadisələrdən sonra Azərbaycana dəstəyini nümayiş etdirib. Anspress-in məlumatına görə, müğənni 4 milyonluq "İnsaqram” səhifəsində Azərbaycana olan sevgisini nümayiş etdirib. O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinə dair petisiyaya qoşulmağa səsləyib. Ağ ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama administrasiyasına petisiya ilə müraciət açılıb.

"Hər kəs işğalın fərqindədir. Ermənistanın Azərbaycandakı işğalına sən də dur de. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi və bölgədəki fəlakətinin qarşısının alınması üçün səs ver, dəstək ol" - sözləri yazılmış foto paylaşıb. Demet Akalın bu paylaşımı 5 dəqiqə ərzində minlərlə insan tərəfindən bəyənilib və şərh edib. Azərbaycanlı və türk izləyiciləri tərəfindən ifaçının Azərbaycana dəstəyi müsbət qarşılanıb.

Bi neçə gün öncə Rusiyanın məşhur şoumeni, aparıcısı Dmitri Nağıyev də Azərbaycana dəstək olub. D.Nağıyev "Facebook" səhifəsində Azərbaycan bayrağını divar şəkli edib. Aparıcının paylaşdığı şəkli minlərlə izləyici bəyənib. Bundan əlavə Rusiyanın 1-ci kanalının ulduzu cəbhədə yaşananlarla yaxından maraqlanır. O, sosial şəbəkədə Qarabağdakı döyüş xəbərlərini izləyiciləri ilə bölüşür. 

Cəbhə xəttində gərginlik aprelin 2-nə keçən gecədən başlayıb. Bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Ermənilərin onlarla texnikası, çox sayda canlı qüvvəsi məhv edilib. 
Türkiyənin superstarından Azərbaycana dəstək :

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300