Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşüb. Görüşdə teatr sahəsində gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. 


Səfir Yaponiya ilə Azərbaycan arasında mədəniyyət sahəsindəki əlaqələrin inkişafında Mədəniyyət və Turizm Nazirliyinin rolunu yüksək qiymətləndirib: "Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bizim ölkəmizlə mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində səmərəli fəaliyyət göstərir. Mən iki ölkə arasında siyasi və iqtisadi sahədə olan əlaqələri yüksək qiymətləndirirəm. Qeyd etmək istərdim ki, mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq hər zaman yüksək olub. Kinofestivallar keçirilib, sərgilər təşkil olunub, mətbəx nümunələri nümayiş olunub. Bu, əlbəttə, iki xalqın daha da yaxınlaşmasına öz töhfəsini verir. Biz Azərbaycanın Yaponiyadakı səfirliyi ilə də danışıqlar aparacağıq və Azərbaycan teatrının Yaponiyada tanıdılması istiqamətində səylərimizi artıracağıq”.


Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bildirib ki, yapon mədəniyyəti və ədəbiyyatı Azərbaycanda çox sevilir. Teatrın direktoru əməkdaşlığın teatr sahəsində davam etdirilməsinin zəruriliyini vurğulayıb: "Təklif edirəm ki, yapon dramaturqlarının əsərləri orijinaldan tərcümə edilib Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulsun. Mən Yapon rejissorlarını bizim teatrda tamaşa hazırlamağa dəvət edirəm. Akademik Milli Dram Teatrında dünyanın müxtəlif ölkələrindən olan rejissorlar tamaşa hazırlayıblar və bu gün həmin ölkələrlə bizim teatr sahəsində əlaqələrimiz mövcuddur. İstərdik ki, bu əlaqələr Yaponiya teatrları ilə də yüksək səviyyədə mövcud olsun”.


Səfir Tsuquo Takahaşi yapon dramaturqlarının əsərlərinin tərcümə olunması və rejissorların qarşılıqlı əməkdaşlığı istiqamətində səfirlik vasitəsi ilə danışıqların aparılacağını bildirib.


Nərmin

teleqraf.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300