İtaliya Parlamentinin üzvləri bəyanat yaydı
İtaliya Parlamentinin üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı İtaliya mətbuatında bəyanatla çıxış ediblər. 

Bu barədə musavat.com-a İtaliya Səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, sözügedən bəyanatlar İtaliyanın "Il Giornale”, "Daily Cases”, "Andrade Lab” kimi analitik-informasiya portallarında yerləşdirilib.

İtaliya-Azərbaycan Dostluq Qrupunun prezidenti senator Sercio Divina Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən məlum hadisələrlə bağlı aşağıdakı bəyanatı verib: "İtaliya parlamentarları olaraq, Dağlıq Qarabağ regionunda baş verən son hadisələrdən narahatıq. Erməni tərəfinin mülki əhalinin də hədəfə alındığı saysız hücumları və ona Azərbaycan tərəfinin cavab verməsi  sakitləşmiş münaqişə ocağının yenidən alovlanmasına səbəb olub. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi mövcuddur ki, burada Ermənistan silahlı qüvvələrinin bütün işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Sözügedən qətnamələr və Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT və NATO kimi beynəlxalq təşkilatların qəbul etdiyi bu səpgili sənədlərə Ermənistan tərəfindən məhəl qoyulmur. Biz istərdik ki,  bu vəziyyətin qəbuledilməzliyi və münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün İtaliya Hökuməti və Parlamenti Ermənistandan müvafiq beynəlxalq qətnamələri və sənədlərə əməl etməyi tələb etsin”.

Parlamentin Nümayəndələr Palatasının deputatı Demokratik Partiyanın üzvü xanım Kristina Margero bildirib: "BMT Assambleyası və Təhlükəsizlik Şurası dəfələrlə təkrar edib ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün erməni silahlı qüvvələri Azərbaycanın ərazilərindən çıxarılmalıdır. İtaliyada bütün siyasi qrupların münaqişənin təhlili nəticəsində gəldiyi nəticə bu fikirlə eynilik təşkil edir”.

"Foza Italia” ("İrəli İtaliya”) siyasi partiyasını İtaliya Parlamentində təmsil edən senator xanım Mariya Rizzotti beynəlxalq ictimaiyyətin tamamilə laqeyd qaldığı azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və Azərbaycanın mədəni irsinin dağıdılması kimi münaqişənin nəticələrinə diqqəti yönəldib. Heç bir nəticənin əldə edilmədiyinə görə düşmənçiliyin davam etdiyini vurğulayıb.   

Senator və "5 ulduz” partiyasının üzvü Canluka Kastladi qeyd edib ki, davamlı sülhə nail olmaq üçün erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır: "Qurumlar və siyasət arasında uzlaşmanın olması İtaliya üçün qeyri-adi haldır. Bir sıra məsələlərlə bağlı polemikalarda İtaliya hökuməti ilə ortaq məxrəcə gəlmək çətin olur, lakin vəziyyətin təhlili göstərir ki, məsələ ilə bağlı hər iki tərəfin rəyi eynidir”.

Senatın Müdafiə Komissiyasının prezidenti Nikola Lattore qeyd edib: "BMT-nin münaqişənin həlli istiqamətindəki cəhdləri nəticə verməyib. Beynəlxalq ictimaiyyətin kəskinləşmək ehtimalı olan münaqişəyə diqqəti olduqca zəifdir. Hal-hazırda atəşkəsə riayət olunması vacibdir. ATƏT-in Minsk Qrupu və həmsədrlərin təşəbbüsü ilə danışıqlara yenidən başlanılmalıdır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300