Deyəsən, kriminal aləmdə son 3-4 ayda nəzərə çarpan müvəqqəti "atəşkəs” sona çatır.
 

"Ded Xasan”dan sonra Rusiya kriminalitetinin xaç atası seçilən "Şakro”nun qərarları birmənalı qarşılanmır. Bir çox oğrular hesab edir ki, o, neytrallığını qoruyub saxlamır. Halbuki İspaniyadan Rusiyaya qayıdarkən bunu vəd vermişdi.
 

Publika.az Rusiya mətbuatına istinadən məlumat verir ki, son həftə ərzində Ramaz Dznaladzeyə "Şakro” tərəfindən  "oğru" adının qaytarılması "oğru”ların səbir kasasını daşırıb. Qeyd edək ki, Ramaz 2008-ci ildə "oğru” kassasından (obşak) pul mənimsədiyi üçün "krısalıq”da ittiham edilmişdi. Bundan sonra onun "vor zakon” adı əlindən alınmışdı.
 

Həmin vaxtdan sonra Ramaz daha iki dəfə həbsə düşüb. Keçən həftə isə Udmurtiyadakı İjevsk həbsxanasına gətirilib. Maraqlı burasıdır ki, o, məhkumlara "vor zakon” kimi təqdim olunub. Məsələ ilə bağlı qalmaqal Udmurtiyaya nəzarət edən qanuni oğru Oleq Sirkaçın (ləqəbi Çirkaç) qulağına gedib çatıb.


Sirkaç məsələni araşdırarkən aydın olub ki, "Şakro” heç kimlə məsləhətləşmədən Ramazın "oğru” adını qaytarıb.

 
Beləliklə, "Şakro”nun əleyhdarları artır. Slavyan "oğru”lardan Piçuqa və Voskres, gürcülərdən Biqinaşvili-Sebiskvradze ona qarşı müharibə elan etmək ərəfəsindədirlər.
 

O cümlədən, Rövşən Lənkaranskinin daxil olduğu qruplaşmanın da "Şakro” ilə aralarının soyuq olduğu heç kimə sirr deyil.

 
- See more at: http://teleqraf.com/news/76245#sthash.ehllPUWv.dpuf

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300