Avstraliyada azərbaycanlılarla ermənilər üz-üzə gəldi - FOTOLAR
Bu gün Avstraliyanın paytaxtı Kanberra şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diasporlarının iştirakı ilə qoşunların təmas xəttində Ermənistanın son günlərdə intensivləşən təxribatçı hərəkətlərinə etiraz olaraq aksiya keçirilib.

Trend bildirir ki, Azərbaycan və Türkiyə bayraqlarının qaldırıldığı tədbir Avstraliyadakı erməni təşkilatlarının Azərbaycanın Kanberradakı səfirliyi önündə Azərbaycan əleyhinə keçirdiyi aksiya ilə paralel olaraq keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək ifadə etmək məqsədilə təşkil olunub.

Aksiyada "Qarabağ Azərbaycan ərazisidir", "İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından rədd ol!", "İşğala son!", "Azərbaycan torpaqlarını öz xoşunla tərk et!", "Əsgərlərimizləyik!" kimi şüarlar səslənib.

Qeyd edək ki, aksiya Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti və azərbaycanlıların Avstraliyada fəaliyyət göstərən digər təşkilatları tərəfindən birgə təşkil edib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300