Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova bəzi kütləvi informasiya vasitələrində onun barəsində qərəzli və böhtan xarakterli materiallar yayan Feyruz Eyvazəli oğlu Həşimovu məhkəməyə verib və deputatın iddiası təmin edilib. 

Qeyd edək ki, Elmira Axundova Feyruz Həşimovdan kütləvi informasiya vasitələrində onun barəsində yaydığı şərəf və ləyaqətinə zərər vuran yanlış məlumatların təkzib edilməsini, ondan üzr istəməsini və vurulmuş mənəvi ziyana görə 100 min manat tutulmasını tələb edirdi.

Xətai rayon Məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlib ki, «Gündəlik Bakı» və «Bizimxeber.az» saytında dərc olunmuş məqalələrdə Elmira Axundovanın ünvanına həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar öz əksini tapıb. Feyruz Həşimov məqalələrdə iddiaçının şərəf və ləyaqətini təhqir edib, onun Milli Məclisin deputatı kimi işgüzar nüfuzuna ciddi xələl gətirməklə mənəvi ziyan vurub. 

Məhkəmə qətnaməsində göstərilir ki, Feyruz Həşimovun müəllifi olduğu məqalələrin adından, istifadə olunan ayrı-ayrı ifadələrdən və ümumilikdə, məqalələrin məzmunundan aydın görünür ki, onun niyyəti Elmira Axundova barəsində cəmiyyətdə mənfi rəy yaratmaq, onun əmək fəaliyyətinə, siyasi fəaliyyətinə, həyatı boyu əldə etdiyi nailiyyətlərə kölgə salmaq, şərəfinə və ləyaqətinə xələl gətirmək olub. 

Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlib ki, məhkəmə araşdırması zamanı F.Həşimovun E.Axundova barəsində yaydığı məlumatların həqiqətə uyğun olmaması, bu məlumatların qərəzli niyyətlərlə yayılması öz təsdiqini tapıb. Buna görə, «Gündəlik Bakı» qəzetində və bizimxeber.az saytında təkzib vermək və Elmira Axundovadan üzr istəmək Feyruz Həşimova həvalə edilib. Bundan əlavə, dəymiş mənəvi ziyana görə F.Həşimovdan E.Axundovanın xeyrinə 5 min manat tutulacaq.

Məhkəmə qərarı ilə bağlı açıqlama verən millət vəkili Elmira Axundova bildirdi ki, bu qərarı ədalətli və adekvat sayır: «Ümid edirəm ki, başqa qəzetlər və saytlar bu qərardan nəticə çıxararaq mənim və ailəm haqqında yazıları yaymaqdan çəkinəcəklər. Feyruz Həşimov mənim fəaliyyətimə, bütün nailiyyətlərimə kölgə salmağa çalışırdı. Alınmadı! Məhkəmə onun əməlinə hüquqi qiymət verdi. Onun yazdıqlarının heç bir əsası yox idi. Oğlum Həbib Axundova qarşı yazdıqları ilə bağlı da ayrıca araşdırma gedir. Ümid edirəm ki, həmin məsələyə də hüquqi qyimət veriləcək və haqq-ədalət qələbə qazanacaq. Bu cür məsuliyyətsiz yazılar yazmaq heç kimə başucalığı gətirmir. Mən KİV-ləri belə çirkin kampaniyalarda iştirak etməməyə, bəzi insanların əlində alət olmamağa çağırıram».(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300