"Ronahi” Kürd Mədəniyyət Mərkəzi aprelin 2-nə keçən gecədən başlayaraq Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar baş verənlərlə bağlı bəyanat yayıb.

Mərkəzdən "Report"a daxil olan bəyanatda bildirilir ki, Ermənistanın dünyaya yaydığı dezinformasiyanın əksinə olaraq, Azərbaycan xalqında və ordusunda yüksək qələbə ruhu var: "Minlərlə gənc, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, paytaxt Bakıda, bölgələrdə toplaşaraq Vətən uğrunda döyüşüb şəhid olmağa hazır olduqlarını bildirir, bir çox hallarda Qarabağa - cəbhə bölgəsinə yürüş edirlər. Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün də monolit birlik nümayiş etdirərək öz prezidentinin ətrafında yumruq kimi birləşib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyən "Ronahi” Kürd Mədəniyyət Mərkəzi ölkədə yaşayan bütün etnik icmalar kimi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə qəti etirazını bildirir. Biz bu işğal faktı ilə heç zaman barışmayacağımızı bəyan edirik. Tarixin müxtəlif dönəmlərində olduğu kimi, XX əsrin sonlarında da erməni cəlladları azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və kütləvi qətliamlar zamanı kürdlərə qarşı da xüsusi amansızlıq göstərib, yaşayış məskənlərini məhv edib, onları yaşadıqları doğma ata-baba yurdlarından didərgin salıblar.

Biz - Azərbaycanda yaşayan kürdlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, əsassız ərazi iddialarını və qanlı erməni separatizmini qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazır olduğumuzu bir daha bəyan edirik".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300