Rusiyanın baş naziri Dmitri Medvedev aprelin 7-də İrəvana səfər edərək Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

 

"Aprelin 8-də isə D.Medvedevin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü baş tutacaq. Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya baş nazirinin səfərinin proqramına müəyyən dəyişikliklər edilib.”, məlumatda deyilir.

 

D.Medvedev həmçinin aprelin 7-də İrəvanda ermənistanlı həmkarı Ovik Abramyanla, aprelin 8-də isə Azərbaycan baş naziri Artur Rasizadə ilə görüşəcək.

 

Qeyd edək ki, aprelin 6-da Artur Rasizadə və Dmitri Medvedev arasında telefon danışığı olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300