Uzun müddətdir təcavüzkar erməni- rus işbirliyi nəticəsində Azərbaycan ərazilərinin 20%-i Ermənistan tərəfindən işğal altında saxlanılır. Nüfuzlu beynəlxalq qurumların qətnamə, bəyanat və qərarlarına da məhəl qoymayan işğalçılar torpaqlarımızı tərk etmək əvəzinə demək olar ki, hər gün atəşkəsi pozmuş, dinc əhalini belə güllə-baran etməkdən çəkinməmişlər. Nəticədə on minlərlə insan həlak olmuş, yüzlərlə mədəniyyət abidələri, məscidlər dağıdılmış, bir milyondan çox məcburi köçkün ordusu yaranmışdır.

Aprelin 2-dən 3-nə keçən gecə isə Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində yerləşmiş Ermənistan hərbi qüvvələri yenidən hücuma keçərək növbəti dəfə atəşkəsi pozmuş, dinc əhali gülləbarana məruz qalmışdır. Haqlı olaraq Azərbaycan silahlı qüvvələri əks hücuma keçərək düşmənə layiqli cavab vermiş, nəticədə işğal altında olan bir-neçə kəndimiz və strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad olunmuşdur.
Aprel ayının 5-dən ikitərəfli atəskəs elan edilmişdur. Ordumuz azad etdiyi ərazilərdə möhkəmlənməkdədir. Buna baxmayaraq Ermənistan atəskəsi pozmaqda davam etməklə təmas xəttində yerləşən yaşayın məntəqələri və dinc əhalini hədəf almışdır. İnanırıq ki, rəşadətli ordumuz düşmənin layiq olduğu cavabı bundan sonra da verəcəkdir. Döyüşlərdə düşmən tərəf külli miqdarda canlı qüvə, zirehli texnika, müxtəlif növ silah-sursat itkisi vermişdir. Vətənimizin azadlığı yolunda Azərbaycan silahlı qüvvələri də şəhidlər vermişdir. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin!

"Borçalı” İctimai Cəmiyyəti uzun müddətli sükutdan sonra milli ordumuzun qəhrəmanlığını, siyasi hakimiyyətin, Müdafiə Nazirliyinin, eyni zamanda siyasi baxışından asılı olmayaraq əksər siyasi qüvvələrin və bütövlükdə millətimizin milli ləyaqətini qeyd etməklə, bu günə qədər əldə olunmuş qələbə münasibəti ilə millətimizi təbrik edir. Bu yekdilliyimiz onu deməyə əsas verir ki, böyük qələbə uzaqda deyildir. Biz "Borçalı” İctimai Cəmiyyətinin rəhbərliyi olaraq öz adımızdan və hər bir Borçalı sakini adından işğal altında olan torpaqlarımız uğrunda son damla qanımıza qədər vuruşmağa, tam qələbənin əldə olunması üçün istənilən fədakarlığa hazır olduğumuzu bəyan edir, tərəddüd etmədən torpaqlarımızın azad edilməsində dövlətimizin yanında olduğumuzu bəyan edirik.

"Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti nikbinliklə qeyd edir ki, xalqımız bütövlükdə milli mübarizəyə, demokratik və bütöv Azərbaycan quruculuğuna hazırdır və hərbi qələbəmizin siyasi islahatlarla zənginləşdirilməsi, mülki vətəndaş cəmiyyəti quruculuğu yolunda daha cəsarətli addımlar atılmasını zəruri hesab edir. Və inam ifadə edir ki, dövlət başçısı cənab İlham Əliyev mütləq səlahiyyətindən istifadə edərək ən yaxın zamanda siyasi islahatlar paketini təqdim edəcək və qələbəyə ruhlanmış xalqımız demokratik dövlət quruculuğu istiqamətində cəsarətli addımlar atacaqdır. "Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti adından
sədr Zəlimxan Məmmədli

06 aprel 2016-cı il

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300