bitmap-img6

 

Qabil Hüseynli: "Etiraz aksiyaları genişlənərsə, İranın xarici siyasətinə təsir göstərər”

 


Arzu Nağıyev: "İranın azərbaycanlılar yaşayan bütün bölgələrində kütləvi etirazların keçirilməsi mütəmadi olaraq baş verir”.

"Milli oyanışın reallaşması İranın Yaxın Şərqə genişlənmə hərakatını, Suriyaya  və xarici dövlətlərə qoşun göndərməsini öldürə bilər”.

Qeyd edək ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan "Fitilə” adlı komediya verilişində diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağın təsvir edilərək Azərbaycan türkünə qarşı təhqirə yol verilməsi Azərbaycan türklərinin etirazına səbəb olub. Bəs görəsən fars şovinizminin yürütdüğü milli ayrı-seçkilik və rasizm fonunda Azərbaycan türklərinin kütləvi etirazları Cənubi Azərbaycanda yeni milli hərəkatın yaranmasına səbəb ola bilərmi? Və bu baş verərsə, Yaxın və Orta Şərqdəki ağır geosiyasi duruma necə təsir göstərə bilər? 



Image result for qabil hüseynli

Qabil Hüseynli: "Milli hərakatın yaranması uzun praktikanın və nəzəri hazırlığın nəticəsi olur”.

Cənubi Azərbaycandakı etirazlar milli oyanışa səbəb olarsa, İranın xarici siyasətinə mənfi təsir edəcəyini bildirən politoloq Qabil Hüseynlinin fikrincə:

"Cənubi Azərbaycanda etirazlar var və bu etiraz dalğaları davam edəcək. Lakin bunu milli hərakat kimi təqdim etmək baş verən hadisələri şişirtmək olar. Bu gün Cənubi Azərbaycan təşkilatlanıb, bəlli liderləri var. Milli hərakatın yaranması uzun praktikanın və nəzəri hazırlığın nəticəsi olur. Cənubi Azərbaycandakı etirazlar mili hərakata çevrilməsə də, milli oyanışın reallaşmasında böyük rol oynacaq. Milli oyanışın reallaşması İranın Yaxın Şərq genişlənmə hərakatını, Suriyaya  və xarici dövlətlərə qoşun göndərməsini öldürə bilər. Və İranın diqqətini öz daxili problemlərinə yönləndiməsində müəyyən rol oynaya bilər”.

Image result for arzu nağıyev

Arzu Nağıyev: "İran sanksiyaların götürüləcəyinin bəyan edildiyi bir vaxtda özlərinin demokratik dəyərlərə müsbət qiymət verdiklərini göstərməyə çalışır”.

Siyasi ekspert Arzu Nağıyev isə hesab edir ki, İran tərəfi həmişə etirazları sosial səbəblərlə izah etməyə çalışsa da, əslində İrandakı azərbaycanlıların son məqsədi müstəqillik əldə etməkdir:

"İranın  azərbaycanlılar yaşayan bütün bölgələrində kütləvi etirazların keçirilməsi mütəmadi olaraq baş verir və bu da hakimiyyətin azərbaycanlılara qarşı göstərdiyi neqativ münasibətlərdən qaynaqlanır. Bu birinci hal deyil. Bir müddət əvvəl də daha doğrusu 2006 -cı ildə də azərbaycan dili ilə bağlı karikatura belə bir narazılıq yaratdı. İndi də teleməkanda azərbaycanlılarla bağlı təhqirli ifadələr buna rəvac verdi. Baxmayaraq ki, hakimiyyət bunun səbəbini məişət problemi kimi izah edir, təbii ki, burada milli müstəqillikdən söhbət gedir. Yəni əsas səbəb və son məqsəd budur. 

İran hakimiyyəti də çox dərinə gedə bilmir və repressiv hərəkətlər etməkdən müəyyən qədər çəkinir. Bunun da səbəbi İranın əhalisinin demək olar ki, dörddən birinin azərbaycanlı olmasıdır və onların ayağa qalxması acı nəticələr verə bilər. Eyni zamanda İran sanksiyaların götürüləcəyinin bəyan edildiyi bir vaxtda özlərinin demokratik dəyərlərə müsbət qiymət verdiklərini göstərməyə çalışır. Buna görə də Təbrizdə, Urmiyədə, Sulduzda, Ərdəbildə, Marağada, Xoyda  və bir sıra digər şəhərlərdə nəzarəti tam ələ almağa çalışır.

Məlumdur ki, bu gün Yaxın və Orta Şərqdə və təbii ki, dünyada ayrı-ayrı vilayətlərin müstəqillik məsələsi gündəmdədir. İran təbii ki, buna yol verməyəcək və hələ ki, bu istiqamətdə də açıq -açığına tələblər səslənmir. Düşünürəm ki, bu məsələni İran parlamentində təmsil olunan azərbaycanlılar qaldıra bilər. Lakin bu istiqamətdə hər hansı bir addım atılmır. Qərb də uzun müddət qarşıdurma yaratmağa çalışsa da, müvafiq nıəticəni əldə edə bilməyib. 

Bundan başqa həm də Qərb İranla yaxınlaşmağa çalışır və bu prosesləri çox da dərinləşdirmək niyyətində deyil. İranda tək azərbaycanlıların deyil, çoxsaylı xalqların yaşaması İranı dərindən düşündürməlidir. Çünki azərbaycanlılarla bərabər digər xalqlar da siyasi tələblərlə çıxış edərlərsə, bu çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər”.

Gülşən ŞƏRİF
pia.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300