bitmap-img6

 

Vahid Əhmədov: " Azərbaycanda yumşaq devalvasiyaya getməyin artıq zamanıdır”

 


Samir Əliyev: "Bugünkü situasiya devalvasiyanın olacağını diqtə edir”.

Dünəndən başlayaraq dolların qiymətində artım hiss olunmaqdadır. Bu artım artıq bəzi həyacanlar yaratmaqdadır. Bir çoxları yenidən ölkədə kəskin devalvasiya yaşanması qorxusu içindədir. Bəs maliyyə bazarında baş verənləri yumşaq devalvasiya adlandırmaq olarmı? Və bu yumşaq devalvasiya prosesində manatın ucuzlaşma həddi nə qədər ola bilər?


 
Image result for vahid əhmədov

Vahid Əhmədov: "Azərbaycanda manatın devalvasiyası ilə bağlı təhlükə hələ aradan qaldırılmayıb”.

Milli Məclisin iqtisadi siyasət Komitəsinin sədri Vahid Əhmədov neftin qiymətinin 40 dollardan aşağı düşərsə, devalvasiya ola biləcəyini vurğulayır:

"Sərt devalvasiya və yumşaq devalvasiya biraz qarışıqlıq yaradır. İndiki dünya bazarında dollar və euro qalxır, neftin qiymətində müəyyən problemlər var. Bizim milli valyutamız da  neftdən birbaşa asılıdır. Bunu yumşaq devalvasiya ilə əlaqələndirməyə gəlincə, Azərbaycanda yumşaq devalvasiyaya getməyin artıq zamanıdır. Çünki Milli Bankın ehtiyatları kəskin azalır. Bunu başa düşmək lazımdır. Biz həmişə yumşaq devalvasiyanın tərəfdarı olmuşuq. Yumşaq devalvasiya aparmaq lazımdır ki, manat bazarda öz həqiqi qiymətini tapa bilsin. Düşünürəm ki, dünya bazarında aparılan indiki əməliyyat texniki göstəricidir. Lakin Azərbaycanda manatın devalvasiyası ilə bağlı təhlükə hələ aradan qaldırılmayıb. Hesab edirəm ki, yaxın zamanlarda ölkədə devalvasiya gözlənilmir. Çünki Azərbaycanın kifayət qədər ehtiyatları var. Əgər dünya bazarında neftin qiyməti 40 dollardan aşağı düşərsə, manatda devalvasiya prosesi gedə bilər. Neftin qiyməti 50 dollar səviyyəsində olacaqsa, Azərbaycan höküməti qoruyub saxlamağa çalışacaq”.

Image result for samir əliyev pia.az

Samir Əliyev: " Düşünürəm ki, Azərbaycanda dolların bahalaşması daha çox texniki bahalaşmadır”.

Dolların bahalaşmasına münasibət bildirən iqtisadçı Samir Əliyevin fikrincə, hal-hazırki bahalaşmanı devalvasiya hesab etmək mümkün olmasa da, ölkədə yumşaq devalvasiyanın olacağı gözləniləndir:

"Əslində bu gün dünyada dolların bahalaşması prosesi gedir. Əsas valyutalar dollara nisbətdə ucuzlaşır. Düşünürəm ki, Azərbaycanda dolların bahalaşması daha çox texniki bahalaşmadır. Yəni mən bunu heç də yumşaq devalvasiya kimi qiymətləndirmirəm. Düzünü desəm, Azərbaycanda nə vaxtsa yumşaq devalvasiyanın olacağını gözləyirəm.  Bu hökümətin qərarı ilə baş verən zəruri bir prosesdir. Lakin bugünkü situasiya devalvasiyanın olacağını diqtə edir. Hər halda qərarı hökümət verəcək. Bu gün dünya bazarında baş verənləri, dolların bahalaşmasını bunu tələb edir. Ola bilsin ki, sabah dollar ucuzlaşsın və biz Azərbaycanda da bu ucuzlaşmasını müşahidə edək. Dünəndən başlayaraq dolların qiymətinin artması yumşaq devalvasiya deyil, amma gələcəkdə Azərbaycanda yumşaq devalvasiyanın olacağını istisna da etmirəm.

Əgər Azərbaycanda yumşaq devalvasiya baş verərsə, bu devalvasiya ya sərt, ya da ucuzlaşma ola bilər. Mən hər bir halda yumşaq devalvasiyanın tərəfdarıyam. Sərt devalvasiya olarsa, ucuzlaşma  ən aşağı 20-30% olacaq. Yumşaq devalvasiya olarsa,  bu ay ərzində təxminən 3-5% arasında dəyişə bilər.  Yumşaq devalvasiya tədricən baş verən prosesdir”.

Gülşən ŞƏRİF
pia.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300