Ermənilər hələ də mülki əhaliyə bomba yağdırır - Ağdamın atəş altındakı kəndlərindən - REPORTAJ FOTOLAR

Kənd sakinləri: "Bunlar ermənidir, heç vaxt onlara güvənmək olmaz” - müxbirlərimiz

cəbhə bölgəsindən yazırlar 

Ermənilər bu gün də təmas xəttində yerləşən yaşayış məntəqələrimizi atəşə
tutub. Saat 12:00-da Müdafiə Nazirliyi tərəflər arasında qarşılıqlı olaraq
razılıq əldə edildiyini və əməliyyatların dayandırıldığını açıqlayıb. Lakin bu
vaxtadək ermənilər Ağdamın təmas xəttində olan olan kəndlərini atəşə
tutmaqda davam edib. Hazırda cəbhə bölgəsində ara-sıra atəş səsləri də eşidilir.

"Yeni Müsavat” qəzetinin Ağdama ezam olunmuş əməkdaşları bu gün ermənilərin
atəşinə məruz qalan evlərdə və ərazilərdə olub.

Səhər saat 9 radələrində 11:30 radələrinədək düşmən əsasən Ağdamın Çəmənli,
Zəngişalı kəndlərini atəşə tutub. Nəticədə evlərə, mal-qaraya ciddi ziyan dəyib.
Xoşbəxtlikdən insan tələfatı olmayıb. Mərmilərin düşdüyü evlər tamamilə yarasız
vəziyyətdədir. 

Gün ərzində ən çox mərmi Çəmənli kəndinə düşüb. Onlardan biri də səhər
saat 10 radələrində kənd sakini Nərminə Soltanovanın yaşadığı evin həyətinə
düşüb. Soltanovlar ailəsi və qonşuları bu zaman evlərində yox, küçədə olublar.
Kənd sakinlərindən təxminən 150 metr məsafəyə düşən mərmilər evlərə ziyan vurub.

Nərminə Soltanova deyir ki, evlərdə olmadıqları üçün onlardan heç biri xəsarət
almayıb. Lakin həyətdə olan qoyunlar və at mərmilərin qəlpəsindən ciddi xəsarət
alıb. Bir neçə heyvan məhv olub. Evlərin tavanı, pəncərələr dağılıb. Həyətdə olan
ağaclar da qırılıb. 

"Dünən də kəndə atırdılar. Bir iki evə də ziyan dəymişdi. Bu gün də səhərdən
atmağa başladılar. Qonşularla həyətdə yığışmışdıq. Sonra bizim əsgərlərimizin
cavab atəşindən sonra susdular. Hamımız kənddəyik. Əsgərlərimiz bizi qorumaq
üçün səngərdədir. Biz buranı qoyub hara gedə bilərik?”,  - deyən N.Soltanova döyüşlər
davam başa çatana qədər evlərini tərk etməyəcəklərini deyir.

Həsən Məmmədovun evi də atılan atəşlər nəticəsində zərər görüb. Sahədə olan
mal-qara isə ziyan dəyib. 

"Evin şüşələri, içəridə olan mebellər dağılıb. Mərmi bizim həyətin yanına düşüb.
Qəlpələr 50-60 metr məsafəyə yayılıb. Bu məsafədən belə evləri dağıda bilir. Yaxşı ki,
həmin vaxt evdə olmamışıq. Səhərdən evdən çıxmışdıq. Mal-heyvanı çölə
çıxarmışdıq. Elə bu döyüşlər başlayandan olduğu kimi indi də evdəyik. Uşaqları
qohumların evinə göndərmişik, ancaq özümüz torpağımızda, yurdumuzdayıq. Əvvəl
necə indi də elə həyatımızı yaşayırıq”, deyən H.Məmmədov mülkünə və həyətyanı
sahəsinə dəyən zərəri göstərir.

Kəndin bütün evlərində ən azı bir nəfər də olsa kənd sakini görmək mümkündür.
Uşaqlar və qadınlar evlərdən çıxarılsa da kişilər kəndlərdədir. 

Kənd sakini Qurbanov Qaməddin hava qaraldıqdan sonra bir yerə toplaşdıqlarını
və gecə saatlarınadək kənd mərkəzində və girişlərdə oturduqlarını söyləyir: "Bəzən
kəndə tanımadığımız insanlar gəlir. Bunlar arasında jurnalistlər olur, nə məqsədlə
gəldiklərini bilmirik. Rusiyadan gələn jurnalistlərin nə əməl törətdiklərini gördük.
Ona görə biz də kənd sakinləri olaraq dövlətimizə dəstək olmağa çalışırıq.
Axşamlar da səhərlər də kənddə postdayıq. Heç kim, heç bir yerə getmir”.

Səhər saatlarında atılan mərmilər Zəngişalı kəndində də mal-qara tələfatına səbəb
olub, bəzi evlərə ziyan vurub. 

Kənd sakini Cavid Qurbanovun həyətyanı sahəsinə düşən mərmi ağacları qırıb,
evin dam örtüyünü yararsız vəziyyətə salıb. 

Ağdam sakinləri bu gün Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq
razılığın əldə olunduğundan, əməliyyatların dayandırıldığından  xəbərdar olsalar da,
düşmənin hər zaman olduğu kimi yenə də təxribata əl atacaqlarını deyirlər.

Çəmənli kənd sakini Qaməddin Qurbanov illər boyu atəşkəs dövründə dinc sakinləri
hədəfə alan ermənilərindən bundan sonra da eyni addımı atacağını düşünür:
"İllərdir bizim dinc sakinlərə, mal-heyvanımıza atəş açıblar. Əkin sahələrində çalışan
insanları vurublar. Bunlar ermənidir. Heç vaxt onlara güvənmək olmaz. Bunlar əvvəl
necə idisə, indi də elədir. Biz dövlətimizin, əsgərimizin yanındayıq. Sonunadək
döyüşməyin tərəfdarıyıq”.

Hazırda Ağdamın digər kəndlərinə də yollanan əməkdaşlarımızın verdiyi məlumata
görə, təmas xəttində olan ərazilərdə təbii qazın və elektrik enerjisinin verilişində
heç bir problem yoxdur. Axşam saatlarında elektrik stansiyasına dəyən mərmi
Alıbəyli 2 qəsəbəsinə elektrik enerjisinin verilməsinə problem yaratsa da bu gün
həmin problem aradan qaldırılıb.

Kəndlərdə Ağdam Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları da
növbə çəkir. Kəndlərə giriş və çıxışlar polis əməkdaşlarının nəzarətindədir. 

İlkin Muradov
Məhəmməd Türkmən
Ağdam


 











Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300