Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gənclərimizi, vətəndaşlarımızı düşmən tərəfindən aparılan informasiya müharibəsinə şiddətli cavab verməyə çağırır.

Təşkilatdan Ölkə.Az-a verilən məlumata görə, ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında Facebook və Twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandırmaq üçün aktiv olmalıyıq.

"Mən nə edə bilərəm deyirsinizsə:

1. Bildiyiniz bütün xarici dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin;

2. Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin;

3. Facebook və Twitter sosial şəbəkələrində paylaşın;

4. Azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin.

Diqqət!

1.Məlumatların doğruluğuna əmin olduqdan sonra paylaşın, etibar olunan mənbələrdən istifadə edin.

2.Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300