http://oxu.azstatic.com/uploads/

"Elnur aprelin 1-də gecə saat 9 radələrində mənə zəng edib dedi: "Vəziyyət heç də yaxşı deyil. Özünüzdən muğayat olun. Ehtiyatlı olun”.  Ondan sonra danışmamışıq. Səhər saat 10-dək ondan heç bir xəbər ala bilmədim. Oğlum da hərbçidir, səhər saat 10-da getdim onun yanına, o da dedi ki, Enur əmidən xəbər yoxdu, narahatam. Hardasa 12-1 radələrində xəbər gəldi ki, Elnuru vurublar”. 

Bu sözləri şəhid Elnur Əliyevin bibisi oğlu Mərdan Əliyev deyir. Onun sözlərinə görə,

Elnurun işi döyüşmək deyilmiş: "O, piyada qoşunun zabiti idi, səfərbərlik və komplektləşdirmə şöbəsinin rəisi idi. Mənə çatan məlumata görə,  o özü deyib ki, bir füzulili kimi hücum dəstəsini mən yaradıram, seçdiyim oğlanlarla da gedib postu götürəcəm. Fəxr edirəm ki, o, gedib həmin postu götürüb. Bu gün Lələ-təpə deyilən yeri götürən oğul Elnur Əliyevdir. O, mənim qucağımda böyüyüb. Təkcə dayım oğlu deyil, həm də qardaşımdı. Biz bir yerdə yaşamışıq”. 

Şəhidin qardaşı Nurlan Əliyev də qardaşının yolunu davam etdirmək fikrindədir: "Mən qardaşımla fəxr edirəm. Şəhidlik ən uca zirvədir, Vətən sağ olsun. Bu gün də hamımız onun getdiyi yolu davam etdirməyə hazırıq”.

1976-cı il təvəllüdlü Elnur Adil oğlu Əliyev 1991-ci ildə  orta məktəbin 9-cu sinifini bitirib və C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1998-ci ildə isə H.Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 1998-2008-ci illərdən Qərb bölgəsində xidmət edib. Son 2 ildə Füzuli şəhərində fəaliyyət göstərib. Ailəlidir, 2 oğlu var.

Mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub.


E.Əliyev Füzuli rayonunda dəfn olunub. 


Dəfn mərasimində mayorun hərbçi yoldaşları və rayon rəhbərliyi iştirak edib.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300