"Sovetski"də uzun müddətdir ki, müşahidə olunan sakitlik yenidən pozulub. Mirzə Fətəli Axundov küçəsində söküntü işləri aparanlarla sakinlər arasında mübahisə yaşanıb. 

Ev sahibi Ruslan Ağayev söküntü aparılan zaman iş icraçılarına etirazını bildirib. Bu zaman söküntüyə nəzarət edən icraçılar ilə ev sahibi arasında mübahisə yaranıb. 

Musavat.com-un müxbiri "Sovetski”yə baş çəkərək, sakinlərin etirazlarını və  oradakı vəziyyəti işıqlandırıb. 

Problemini musavat.com-un kamerasına danışan "Sovetski" sakini Ruslan Ağayev  söküntü aparan fəhlələrin evinin damını yararsız hala saldığını dedi:"Söküntü aparılan evlərin bünövrəsi və tavanı yaşadığımız binaya bitişik olduğundan qonşuluqdakı evləri sökəndə bizim evlərə də zərər dəyir. Söküntüdən mənzillərdə çatlar əmələ gəlir. Hətta uçmaq təhlükəsi belə yaranır. Lakin söküntü işləri aparanlar bunları nəzərə almır. Necə gəldi, söküntünü aparırlar. Bizim bina ilə qonşu evlər arasında divar var. Bu gün ekskvator ilə gəlib, həmin divarı uçurmaq istədilər. Onlara bildirdim ki, texnika ilə söksəniz, evim uça bilər. Buna baxmayaraq, öz bildiklərini etmək istədilər. Bu zaman divarın üstünə çıxdım və ekskvatorun qarşısında dayandım. Bunu görüb, hələlik söküntünü dayandırdılar. İndi uyğun vaxt gözləyirlər ki, gəlib söksünlər. Neçə gündür ki, bu səbəbdən işimə gedə bilmirəm. Söküntü aparanlarla "gizlən-qaç" oynayıram. Bu, nə vaxta kmi davam edəcək?" 

Sakinlərdən Şaiq Abdullayev isə mənzillərin sahəsi hesablanarkən otaqların kvadratmetrinin düzgün ölçülməməsindən narazıdır: "Mənzilim cəmi 12 kvadratmetr idi. Qərar var idi ki, az kvadratlı məznili olanlara ev verəcəklər. Qanunla mənə ev düşürdü. Lakin ev verməmək üçün ölçünü artıq yazdılar. Elə ölçü apardılar ki, mənə ev düşmədi. Evimi 27 kvadratmetr hesab etdilər və 43 min manat verdilər. Ailəmiz böyük olduğundan həmin pulla ev almaq mümkün olmadı. Banklara borclarımız olduğundan əlimizdə cəmi 28 min manat pul qaldı. Həmin pula isə heç yerdə ev tikmək mümkün deyil".

Məğrur Salmanov, 
Fotolar və video müəllifindir.


 








Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300