Novruz Məmmədov: Ermənistan tərəfinin təxribatlarını qəbul etməyəcəyik
"Kimlərsə Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə adı verirsə, onlar, bunu tamamilə səhf deyirlər. Beynəlxalq birlik, bütün təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu münaqişənin həlli ilə bağlı addımlar atmalıdır”. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzTv-ə müsahibəsində deyib.

N.Məmmədov bildirib ki, Ermənistan tərəfinin təxribatlarını qəbul etməyəcəyik. PA rəsmisi vurğulayıb ki, Ermənistan 25 ildir Azərbaycan ərazilərini işğal edib, orada hərbi təlimlər keçir, Azərbaycan kəndlərini atəşə tutur: "Bu qəbuledilməzdir. Yəni burada dondurulmuş münaqişə yoxdur və münaqişə tez bir zamanda həllini tapmalıdır”.

N.Məmmədov vurğulayıb ki, ATƏT də, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox passivdirlər: "Bunun da səbəbləri var. Bir tərəfdən həmsədrlər bu prosesi öz manapoliyalarına alaraq, başqa qurumlara, hətta ölkələrə açıq mesaj göndərirlər ki, siz bu işlə məşğul olmayın, biz bu işlə məşğul oluruq. Amma məşğul olursunuzsa, olmaq lazımdır”.

PA rəsmisi deyib ki, cəbhə xəttində ermənilərin son təxribatları bir daha göstərir ki, həmsədrlərin bu günə qədər münaqişənin həlli ilə bağlı apardıqları siyasətlərində nə qədər çatışmazlıqlar var: "Bundan da istifadə edən Ermənistan tərəfi belə provakativ addımlar ataraq diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma yenə deyirəm, bizim ərazilərimiz daim işğal altında qala bilməz. Biz heç vaxt buna razı olmayacağıq. Ona görə də, Ermənistan tərəfi belə provakativ addımlardan əl çəkməlidir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300