"Qorxmaz və cəsarət dolu Güney Azərbaycan türkləri yalnız haqlarının tapdalanmamasını istəyirlər, zalım və işğalçı rejim isə soydaşlarımıza qarşı ağır repressiya siyasəti aparır”.



 Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Dr. Mahmudəli Çöhrəqanlı Güney Azərbaycandakı etiraz aksiyalarına münasibət bildirərkən deyib.



Onun sözlərinə görə, bu selin qarşısında heç kim dayana bilməz: "2006-cı il mayında Azərbaycan türkü ayağa qalxıb öz varlığına dayaq olduğunu isbat etdiyi kimi, yenə on minlərlə igid oğul və qızlarımız küçələrə çıxaraq etirazını bildirməsi millətimizin gün keçdikcə daha da yüksək milli və siyasi şüura sahib olmasının sübutudur. Güney Azərbaycan türkləri və digər türk etniklər İranda azlıq deyil, birlikdə bəlkə də çoxluqdur. Bu baxımdan, qorxacaq biriləri varsa, bu da antidemokratik və azlıqda olan şovinist fars rejimidir. Güney Azərbaycan türkü bu gün oğullarının və qızlarının fədakarlıqları sayəsində dünya gündəminə gəlməkdədir”.



M. Çöhrəqanlı qeyd edib ki, azadlıq və istiqlaliyyət dünyada ən qiymətli varlıqdır: "Dünyada insan kimi yaşamaq və başqa millətlərin hörmətini qazanmaq ucuz deyil. Güney Azərbaycan türklüyü o azadlığını əldə edəcək. Bizim millətimiz artıq ölüm yuxusundan oyanıb və gedişatın fərqindədir. Vay işğalçı güclərin halına ki, bu selin qarşısında durmağa çalışsınlar. Millətimiz nə istəsə, o da olacaq”.(publika.az)



Asif Nərimanlı

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300