ali-karimli-qurultayda1

Qarabağ cəbhəsində erməni silahlı birləşmələrinin mövqelərimizə hücumu zamanı 12 şəhid verdiyimiz barədə rəsmi məlumat yayılandan sonra AXCP sədri Əli Kərimli feysbuk səhifəsində bu mövzuda ikinci status paylaşıb. AXCP lideri hakimiyyəti ermənilərin təxribatını fürsətə çevirməyə çağırır:

Bir halda ki, işğalçı Ermənistan atəşkəsi pozub, torpaqlarımızın işğaldan azad olunmasını istəyirik! Ermənilərin və havadarlarının bu təxribatını fürsətə çevirməliyik. Müdafiə nazirimiz deyirdi ki, elə ilk toqquşmada düşmən qüvvələrinin 70 faizini məhv edə bilərik. Biz nazirimizə inanmaq istəyirik. Onun bu sözlərinin reallaşmasını arzulayırıq. Buyurun, düşmənin səhvindən istifadə edin. Həm atəşkəsi pozduğuna görə Ermənistanın beynəlxalq səviyyədə qınanılmasına nail olun, həm də torpaqlarımızı işğaldan azad edin. Düşmənə elə dərs verin ki, bir daha bizi atəşkəsi pozmaqla şantaj edə bilməsinlər.

Müxalifətdən isə qətiyyən narahat olmayın. Biz Azərbaycanda dövlət qurmuş, Qarabağ üçün savaşmış, şəhidlər vermiş siyasi qüvvəyik. Ordumuza hər cür dəstək verməyə hazırıq.

Buradan tərəfdarlarımıza müraciət edirəm:

1. Hökumətin fəaliyyətinə olan çoxsaylı və ciddi iradlarımıza rəğmən cəbhədə qızğın döyüşlər davam edən müddətdə hökumətin hərb siyasətini, ordu quruculuğundakı səhvlərini təftiş etməyəcəyik.

2. Çalışacağıq ki, orduda ruh düşkünlüyü və inamsızlıq, mülki əhalidə panika yarada biləcək məlumat və mülahizələr yayılmasın.

3. İmkanımız çatan bütün vasitələrlə erməni işğalçılığını beynəlxalq səviyyədə ifşa edəcəyik.

4. Bugünlərdə təbliğatımız əsgər və zabitlərimizdə yüksək döyüş ovqatı, xalqımızda qələbə əzmi yaratmağa xidmət edəcək.

Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, doğmalarına səbr versin!

Allah əsgər və zabitlərimizi qorusun!

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300