İran cəbhə bölgəsində yaranan gərginliyə münasibət bildirib
Azərbaycan və Ermənistan qoşunları arasında baş vermiş toqquşma region ölkələrinin xeyrinə deyil. Bunu APA-nın İran bürosuna açıqlamasında İran prezidentinin siyasi işlər üzrə müavini Həmid Əbutalibi  deyib. 

O bildirib ki, bu münaqişə olduqca həssas bir məsələdir: "Bu müharibə odununun ikinci dəfə alovlanması regionda və Qafqazdakı heç bir ölkənin xeyrinə deyil. Münaqişə Azərbaycan respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu gün baş verən gərgin qanlı döyüşlər bizi də narahat edir. İran dövləti 20 ildən artıqdır ki,  bu iki qonşu ölkə arasında sülhün bərpasına çalışır.
 
 Qarşıdurmanın daha da gərginləşməməsi üçün hər  iki qonşu ölkəni sülhə və sabitliyə dəvət edirik”.
 
Eləcə də İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsarinin  bəyanat yayıb. "Hər iki qonşu ölkəni səbrli  və təmkinli olmağa dəvət edirik. Bu həssas anlarda düşünülməmiş atılan  hər bir addım vəziyyəti daha da çətinləşdirə bilər. Onsuz da regionda müharibə alovunu alışdırmaq istəyənlər çoxdur. Biz Qarabağ barədə aldığımız xəbərlərdən son dərəcə narahat olduq. Ümid edirik ki  hər iki ölkə yaranmış münaqişəni  Birləşmiş Millətlər Təşkilatı səviyyəsində və danışıqlar vasitəsilə həll edəcəklər. Bununla da orada sülh və sabitlik hakim olacaq”, - deyə bəyanatda bildirilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300