Pandanın öz təlimçisi ilə "selfie" çəkdirmək istəməsi böyük marağa səbəb olub.
Musavat.com xəbər verir ki, həmin anın görüntüləri "Mirror"da yer alıb.
İnternetə qoyulan həmin videogörüntülərə tez bir zamanda çox sayda baxış olub.
Ağ-qara ayı balası Çinin Duçzyanyane şəhərindəki pandaların öyrənilməsi mərkəzində yaşayır.
Kadrlardan da görünür ki, panda və onun təlimçisi birlikdə oynayır və "selfi” edirlər.