Vəkil Yalçın İmanov bu gün Qobustan Qapalı Həbsxanasında AİP lideri Mövsüm Səmədovla görüşüb.

Bu barədə "İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun informasiya almaqla bağlı yaranan problemlərinin aradan qaldırıldığını söyləyib.

"Artıq Mövsüm Səmədov gündəlik bir neçə qəzetlə təmin edilir. İnformasiya almaqla bağlı yaradılmış maneələr aradan qaldırılıb.”

Vəkil onu da qeyd etdi ki, AİP lideri Mövsüm Səmədov azadlığa buraxılan siyasi məhbuslara salam göndərib:

"AİP lideri ilk öncə azadlığa çıxan siyasi məhbuslara salam göndərdi və azadlığa buraxılan məhbusların özlərinin, əzizlərinin sevinclərini bölüşdüyünü bildirdi. Onu qeyd etdi ki, azadlığa çıxan siyasi məhbuslar üçün ən mühüm məsələ məhbus dövründəki mübarizə əhval-ruhiyyələrini azadlığa çıxandan sonra da qoruyub saxlamaqdır.”

Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədov 2011-ci ilin yanvarında həbs edilib və barəsində Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəməsində 12 il müddətinə azadlıqdan məhrum olunmaq barədə həbs cəzası çıxarılıb. Hazırda Qobustanda qapalı tipli həbsxanada saxlanılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300