"Son günlər bizim təşkilata mürəkkəb texniki məişət əşyalarından, mallardan ən çox şikayətlərin gəldiyi ticarət şəbəkəsi "Kontakt Home”dur. Məişət əşyalarının nasazlığı ilə bağlı məktublar daxil olub”. Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, "Kontakt Home” ticarət şəbəkəsinin satdığı mallardan narazılıq edən alıcıların sayı artır: "Paytaxtın Nərimanov rayonunun, Həsən Əliyev küçəsi 96 ünvanında yaşayan sakini Şirinova Elnura təşkilatımıza ünvanlandığı şikayət məktubunda bildirib ki, 7-ci mikrorayondakı "Kontakt Home-1”-dən kredit yoluyla bir neçə məişət əşyası, o cümlədən "Mitsubishi” kondisioneri, televizor alıb. O, bu alış-verişə görə 2614 manat ödəyib. Lakin yeni kondisioner ilk gündən işləməyib”.

Alıcı bu səbəbdən şirkətə müraciət edib: "Onun mənzilinə gələn ustalar kondisionerə ümumiyyətlə qaz vurulmadığını deyiblər. Kondisioneri təmir etmək üçün 9-10 dəfə usta çağırılıb. Lakin qızdırıcı avadanlıq təmir edilməyib. Ona görə də qış fəslində kondisioner mənzilə istilik verməyib. Ötən il alınmış qızdırıcı avadanlıq həmin vaxtdan bu günə kimi işləməyərək mənzilə istilik və ya sərinlik vermir. O, dəfələrlə usta çağırsa da, qızdırıcı avadanlıq düzəlməyib. Bu səbəbdən alıcı kondisioneri geri qaytarmaq istəyir”.

Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə edilən şikayətlərdən "Kontakt Home”un köhnəlmiş malları bərpa edərək istehlakçılara satması məlum olur: "Düşünürəm ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 96 ünvanında yaşayan Şirinova Elnura adlı xanıma satılmış kondisioner də həmin mallardandır. Biz bu problemi "Kontak Home”la danışıqlar yoluyla həll etmək istədik, lakin buna nail ola bilmədik. Həmin səbəbdən İqtisadiyyat Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi məktublarla müraciət etdik ki, vətəndaşın hüququ qorunsun”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300