ABŞ Müdafiə Nazirliyi hakerlərə müraciət edib.

 

İKT.lent.az-ın xəbərinə görə, müraciətdə hakerlər qeydiyyatdan keçərək "Pentaqonu sındır” (Hack the Pentagon) xüsusi proqramında iştirak etməyə dəvət olunub. Bu pilot proqram Pentaqonun saytındakı boşluqların aşkarlanaraq aradan qaldırılmasına hesablanıb.  

 

Nazirlik proqramı həyata keçirmək üçün Silikon vadisindəki nüfuzlu şirkətlərdən birini cəlb edəcək. Aprelin 18-də start veriləcək proqram mayın 12-də yekunlaşacaq. "Sındırılma” əməliyyatının iştirakçılarına kvalifikasiya sertifikatları veriləcək. "Proqram nazirliyin hər kəsə açıq olan bir neçə saytının "sındırılmasına” yönəlib. Kritik önəmə sahib kompüter sistemləri bu testlərə daxil edilməyəcək”, - deyə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.    

 

Proqramda yalnız ABŞ vətəndaşı olan şəxslər iştirak edə bilər. Onların terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi və digər cinayətlərlə hər hansı əlaqəsi olmamalıdır.

 

Xatırladaq ki, 2015-ci ildə Pentaqon dəfələrlə güclü haker hücumlarına məruz qalıb. Ötən ilin aprel ayında müdafiə naziri Eşton Karter rusiyalı kibercinayətkarların Pentaqonun şəbəkəsinə daxil ola bildiklərini açıqlayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300