Son illər maddi problem yaşayan "Formula” avtomobil dünyasında yeni dəb olan sürücüsüz elektrik avtomobillərini qazanca çevirməyə çalışır.

 

İKT.lent.az-ın xəbərinə görə, təkcə elektromobillərin qatıldığı "Formula E” yarışları təşkil edən "Formula” rəhbərliyi indi də sürücüsüz elektromobillərin yarışını təşkil etməyə hazırlaşır. "Roborace” adı verilən və dünyanın ilk sürücüsüz avtomobil yarışı olacaq turnir üçün komandalar hazırlıqlara başlayıb.

 

Yarışda iştirak edəcək elektromobillərdən biri artıq bəlli olub. Dizayner Daniel Saymon tərəfindən hazırlanan və "Robocar” adlanan avtomobilin texniki xarakteristikası hələ məlum olmasa da, görüntüsü fantastik filmlərdəki avtomobillərə bənzəyir.

 

"Robocare” yarışının bu il "Formula E” ilə eyni vaxtda – sentyabr-oktyabrda keçiriləcəyi gözlənilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300