240527

Respublikanın ümumtəhsil məktəblərində bu il ilk dəfə olaraq dərs ili iyunun 14-də başa çatacaq.

Bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən 2014- cü ildə verilib. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Amma ötən il Bakıda baş tutan Avropa Oyunlarına görə məktəblilərin dərs ili mayın 30-də başa çatmışdı. Beləliklə, bu il ilk dəfə olaraq məktəblilər "Son zəng”i iyunun 14-də qeyd edəcəklər.

Valideynlər isə hələ də iki il əvvəl verilmiş bu qərardan narazıdır. Onlar uşaqlarının isti havalarda dərsə getməsindən narahatdırlar. Bildirirlər ki, bu onların, xüsusilə də azyaşlı şagirdlərin psixologiyasına mənfi təsir göstərir.

Təhsil eksperti Etibar Əliyev də Qafqazinfo-ya açıqlamasında problemlərin sentyabr ayının 15-də dərs ilinin başlanması ilə bağlı verilən qərardan sonra yaranmağa başladığını xatırladıb:

"Dərs ilinin sentyabr ayının 1-dən 15- nə keçirilməsi hələ də müəamma kimi qalır. Hər hansı ayın ortasından dərs ili başlamaz. Problemin kökü bundan ibarətdir. Valideynlərin etirazına gəlincə isə, onlar nəzərə almalıdırlar ki, bayramların və yay tətilinin müddətləri də çoxdur. Buna görə də həmin 14 gün valideynlərin narahatlığına səbəb olmamalıdır. Bir çox ölkələrdə uşaqları hətta yay məktəblərinə cəlb edilirlər. Dünyanın inkişaf etmiş ölkələrinin hamısında bu proses var. İstəyirlər ki, uşaqlar çox məktəbdən ayrılmasınlar, bununla məktəbə bağlılıq artır.

Bizimkilər isə dərhal narahat olur. Həmin iki həftə məktəbdə proqramın hansısa hissəsində çatışmazlıqları doldurmaq məqsədi daşıyır. Nə üçün o zaman valideynlər bayramların, yay tətilinin çox olmasına qarşı çıxmırlar? Bunun özü müəyyən ətalət, tənbəllik yaradır. Buna görə də valideynlər narahat olmamalıdır. Təki uşaqların məktəbə bağlılığı bir qədər də artsın, onlarda tənbəllik yaranmasın”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300