İranlı hakerlər ABŞ-a hücuma keçib
Amerika rəsmiləri və özəl təhlükəsizlik şirkətləri İran tərəfindən mürəkkəb kompüter casusluğu dalğasını müşahidə edirlər.

Bunun təzahürlərindən biri ABŞ Dövlət Departamenti rəsmilərinə qarşı edilən silsilə kiberhücumlardır.

İndi Amerika rəsmiləri belə nəticəyə gəliblər ki, İranda bəzi mühafizəkarlar üçün kibercasusluq ölkənin nüvə proqramı vasitəsilə əldə edə biləcəyi (lakin Qərblə razılaşmadan sonra əldə edə bilmədiyi) nüfuzu kompensasiya etmək üçün alətə çevrilməkdədir. Üstəlik bu üsul hər hansı hərbi cavab tədbirinə rəvac vermədən ABŞ-a hücum etmək imkanı verir.

Uluyol.info azadliq.org-a istinadən bildirir ki, ABŞ rəsmiləri hər hansı kiberbacarıqların, hətta ən qabaqcıl kibersilahların nə vaxtsa o dərəcədə böyük gücə çevriləcəyinə inanmasalar da, bu günlərdə İranın bu sahəyə diqqəti nəzərəçarpacaq dərəcədə artıb.

Amerikanın diplomatik və hüquq-mühafizə rəsmilərinin verdiyi məlumata görə, ötən ilin payızında İran hakerləri Dövlət Departamentinin İran və Yaxın Şərq üzrə ixtisaslaşmış ayrı-ayrı rəsmilərinin elektron poçtunu və sosial media hesablarını sındırıblar. Facebook hücum qurbanlarına hesablarının dövlətin dəstəklədiyi hakerlərin müdaxiləsinə məruz qaldığı barədə məlumat verməsəydi, Dövlət Departamenti bəlkə də baş verənlərdən xəbər tutmazdı.

Qeyd edilir ki, İranın kiberbacarıqları hələ ki, Rusiya və Çininkilərə çatmır. Ancaq gənc hökumət məmurlarının sosial media hesablarından istifadə edərək Dövlət Departamentinə qarşı hücum həyata keçirməsi əvvəllər görünməmiş ixtiraçılıq qabiliyyətinin təzahürüdür. 

İranla nüvə razılaşmasının əldə olunmasından sonra ABŞ kəşfiyyatı yüksək rütbəli rəsmiləri İranın kibercasusluğu gücləndirəcəyindən xəbərdar edib.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin kiberproqramının rəhbəri James Lewis deyir ki, "İranlılar əslində ola biləcəkləri qədər destruktiv deyillər, ancaq onların kibercasusluğu get-gedə daha da aqressivləşir. Onlar bilirlər ki, bu, Birləşmiş Ştatların cavab reaksiyasına səbəb olmayacaq. Belə görünür ki, onlar nüvə razılaşmasının icrasının hər mərhələsinə uyğun şəkildə hərəkət edirlər."

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300