Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ötən ilin yekunlarına dair hesabatında 9 və 11-ci siniflər üzrə 100 nəfər məzunun yazıb-oxuya bilmədiyini qeyd edilib. Bu məlumat ciddi müzakirələrə yol açıb, hətta sensasiya doğurub... 

 

Hesabata əsasən, 11-ci siniflər üzrə Sabirabad rayonunda 6 nəfər, Hacıqabul rayonunda 3 nəfər, Tovuz rayonunda 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, İmişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsində 1 nəfər, 9-cu siniflər üzrə Astara rayonunda 12 nəfər, Sabirabad rayonunda 9 nəfər, Lerik rayonunda 8 nəfər, Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonmlarının hər birində 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsində 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcəbədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsində 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsində 1 nəfər oxuyub-yazmağı bacarmır.

TQDK-nın nümayəndəsi Nəsimi Kazımov Modern.az-a açıqlamasında yazıb-oxumağı bacarmayanlar haqqında əlavə məlumatın verilməsinin mümkünsüzlüyünü qeyd edib. Lakin o, vurğulayıb ki, hansı Təhsil şöbələrindən həmin şagirdlər haqqında maraqlanan olubsa, onlara məlumatlar göndərilib.

Modern.az saytı adları çəkilən rayonlardan bəzilərinin Təhsil şöbələri əlaqə saxlamağa çalışıb. Lakin əksər Təhsil şöbələrinin müdirlərinin yerlərində olmadığı bildirilib.

Təhsil şöbələrindən verilən məlumata görə, şöbə müdirləri Təhsil Nazirliyinə çağrıldığı üçün hazırda işdə deyillər. İşçilər bildiriblər ki, şöbə müdirləri bu gün Bakıya yola düşüblər.

Təhsil Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300