Xəbər verdiyimiz kimi, bu gün 31 Mart soyqırımından 98 il ötür.

"Qafqazinfo”nun məlumatına görə, tarix elmləri doktoru Nəsiman Yaqublu bu soyqırımına uzun illər müddətində düzgün mövqedən yanaşılmadığını bildirir. Tarixçinin sözlərinə görə, Sovetlər Birliyi dövründə bu hadisəyə yanaşmada əsas olaraq "Müsavat” və bir qədər də "Daşnaksütun” partiyası tənqid edilirdi:

"Soyqırımın başlıca mahiyyəti isə aşıqlanmırdı.Sovet dövrü tarixçiləri də "araşdırmalarında” bu zərərli konsepsiyalarından əl çəkə bilmirdilər.Sovetin təsirindən hələ də yaxa qurtara bilməyən bir tarixçi isə( o hələ də Akademiyanın Tarix İnstitutunda çalışmaqdadır) bir-neçə il əvvəl keçirilən konfransda bu soyqırıma sinfi və iki partiyanın ziddiyyətlərinin acı bir sonucu kimi yanaşmışdı(Siz buna təəccüblənməyin.Qoyun qarşınıza indiki əksər tarixçi professor və akademiklərin dissertasiyalarını və mövzularına baxın.Onda çox acı bir mənzərənin şahidi olacaqsınız.Və burda Lenini,Şaumyanı,Mikoyanı sevərək,qəlbən araşdırıb əsərlər yazmış,hazırda cəmiyyətimizin çox nüfuzlu alimlərini görəcəksiniz). 31 Mart Soyqırımına ən düzgün qiymət Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilmişdi.Fövqəladə İstintaq Komissiyasının fəaliyyəti bu faciənin əsas səbəbkarlarını müəyyənləşdirmişdi.Təəssüflər ki, bolşeviklərin işğalı buna imkan vermədi.Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında isə müstəsna rolu M.Ə.Rəsulzadə oynadı.1922-1923-cü illərdə İstanbulda nəşr etdiyi "Azərbaycan Cümhuriyyəti” kitabında və "Yeni qafqasiya”, "Odlu Yurd” jurnallarında 31 Mart soyqırımı haqqında Türk ictimaiyyətinə geniş bilgilər verdi”.

Nəsiman Yaqublu ermənilərin törətdiyi soyqırımda onlara ciddi dəstəyi verən həm də rus bolşevikləri və onların silahlı dəstələri olduğunu vurğulayır:

"Ermənilərə isə hələ çar Rusiyası dövründən dəstək verilib.1721-ci ildən I Pyotr erməniləri Rusiya dövləti səviyyəsində qorumağa başlamış,II Ekaterina "ermənilərin qorunması” haqqında qərar qəbul etmiş, "Gülüstün” və " Türkmənçay” müqavilələrindən sonra isə ermənilərin Azərbaycan bölgələrinə köçürülməsinə başlanılıb.Yəni çar Rusiyası burada özünə ermənilərdən dayaqlar yaradıb.Və bunun müqabilində ermənilər Azərbaycan torpaqlarını işğal edərək ərazilərini genişləndiriblər.

1918-ci ildə də soyqırım Şaumyanın başçılığı ilə həyata keçirilsə də, ermənilərə mənəvi gücü verən Rusiya bolşeviklərinin lideri V.İ.Lenin idi.Yəni ermənilər Rusiyasız bir gücə və bir sərbəst hərəkətə sahib olmayan toplumdur".

Tarixçi oxuculara Rusiya arxivlərindən olan sənədləri də təqdim edib. Bu sənədlərdə çar Rusiyasının erməniləri dəstəklədiyi faktlarla sübut edilir:

31 Mart soyqırımının əsas günahkarı
31 Mart soyqırımının əsas günahkarı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300