Yıxıldığı 30 dollarlıq stula görə 220 min dollar təzminat aldı
Avstraliyanın Pert şəhərində İKEA şirkətinin stulundan yıxılan qadına 220 min dollar təzminat ödənilib. Musavat.com xəbər verir ki, məlumatı "Daily Mail Australia” yayıb. 

Qiyməti 30 dollar olan "Martin” markalı stul 2013-cü ildə yuxarı sinif müəlliminin altında sınıb. Nəticədə qadın dizindən ciddi zədə alıb. 

İnsidentdən sonra müəllim məhkəməyə müraciət edib. Yerli təhsil şöbəsi dəyən zərərin ödənilməsini üzərinə götürüb.

Pert şəhər məhkəməsi qərar qəbul edib ki, bu markadan olan stullar pis layihələndirilib və cilalanmış döşəmələrdə istifadəyə yararsızdır. 

Məhkəmə 218 min dollar təzminatın ödənilməsinə qərar verib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300