"ABI Research” analitik şirkətinin mütəxəssisləri əmindirlər ki, yaxın bir neçə ildə ənənəvi planşetlərin tədarükünün həcmi azalmaqda davam edəcək. Necə ki, bu hal son bir neçə il ərzində baş verir.
 
İKT.lent.az-ın "Digi Times”a istinadən verdiyi məlumata görə, planşetə tələbat inkişaf etmiş ölkələrdə bir sıra səbəblərdən azalır. Birincisi, bazarda təklif həddən artıq çoxdur. İkincisi, istifadəçilər daha əvvəl əldə etdikləri planşetlərdən imtina etmək və onları yenisi ilə əvəzləmək niyyətində deyillər. Üçüncüsü, hibrid cihazlar populyarlaşmağa davam edir ki, buna görə də bir çoxları adi planşetlərdən imtina etməyə başlayıblar. Nəhayət, bir müddət əvvələ qədər planşetlərlə həyata keçirilən bir çox işləri bu gün adi böyük displeyli smartfonla etmək mümkündür. 
 
Əgər ötən il planşetlərin tədarükü ümumilikdə 207 milyon ədəd olubsa, "ABI Research” analitikləri hesab edirlər ki, 2012-ci ildə bu rəqəm 140 milyon ədəd azalacaq. Bundan başqa, proqnozlaşdırılır ki, 5 ildən sonra tanınmış brendlərin planşet tədarükünün 57 faizi inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Baxmayaraq ki, ötən il bu rəqəmin 63 faizi inkişaf etmiş iqtisadiyyata malik ölkələrin payına düşüb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300