Qalamaqallı idarə müdiri dövlətdən oğurladıqlarını sağa sola xərcləyir.

Şirvan Meşə-Meliorasiya İdarəsinin yeni müdiri özünə 100 minlik xarici avtomobil alıb. Belə ki, idarə müdiri özünün sürdüyü köhnə seriyalı PRADO avtomobilini son model LEXSUS-la əvəz edib.

Adı dövlət büdcəsinin talan edilməsində və oğlunun qəza keçirtməsi ilə bağlı qalmaqalla gündəmə gələn Yuxarı Qarabağ Kanalı İdarəsinin keçmiş rəisi İlyas Səfərovla bağlı ilginc informasiya daxil olub. Özəl mənbələrdən daxil olan məlumata görə Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri vəzifəsindən Şirvan Meşə-Meliorasiya İdarəsinə "perevod" alan İlyas Səfərov yeni vəziəsinə təyin olunar olunmaz yenidən qalmaqala əl atıb. 

Qaynağ iddiasına görə İlyas Səfərov yeni idarə müdirliyinin şərəfinə özünə 100 minlik xarici avtomobil alıb. Belə ki, idarə müdiri özünün sürdüyü köhnə seriyalı PRADO avtomobilini son model LEXSUS-la əvəz edib. 

İlyas Səfərovun bu addmı atmasının səbəbi isə onu gözü götürməyənlərə "göz dağı" vermək üçün atdığı deyilir. İnformasiya mənbəmiz bildirir ki, İlyas Səfərov Yuxarı Qarabağ Kanalı İdarəsində çoxlu sayda qanunsuzluqlar həyata keçirdib və külli miqdarda dövlət vəsaitini mənimsəyib. Təkcə Qarabağ kanalına qanunsuz yolla atılan boru xətlərindən İlyas Səfərov 200 min manatdan qanunsuz çox qazanc əldə edib. İdarə müdiri öz maraqlarına görə strateji önəm daşıyan Qarabağ kanalını zədələyərək ümumilikdə 300-yaxın qanunsuz boru atdırıb. Həmçinin idarədə 100-yaxın işçinin sadəcə adının olması ay ərzində İlyas Səfərova 15-20 min manat qazanc gətirdiyi iddia olunur.
İDARƏ MÜDİRİ ÖZÜNƏ YÜZ MİNLİK AVTOMOBİL ALDI
Külli miqdarda dövlət vəsaitlərinin mənimsənilmələri nəticəsində İlyas Səfərov böyük bir oliqarxa çevrilib. Təkcə Ağcakənddə özünə və oğluna məxsus villaların qiyməti milyon manatlarla ölçülür. Bunda başqa Gəncə şəhərində tikdirdiyi 3 mərtəbəli obyektin qiyməti isə 1 milyondan çoxdur. 

Həmçinin İlyas Səfərovun bir idarə müdirinin iddalarından dahada qabağa gedərək, Gəncə şəhərində hündürmərtəbəli bina tikintisinə girişdiyi deyilir. Bu məsələdə isə ona ən böyük dəstəyi "ağsaqqlım və qohumum" dediyi məmur verir. Məhz Əhməd Əhmədzadə tərəfindən Yuxarı Qarabağ Kanalı İdarəsindən qovulan İlyas Səfərovun müəmmalı şəkildə Şirvan Meşə-Meliorasiya İdarəsinə təyinat almasında isə həmin məmurun ciddi rol oynadığı bildirilir. 

Növbəti xəbərdə İlyas Səfərovun Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir keçidi üçün nə qədər xərc çəkməsi və Gəncə şəhərində bina tikintisi, həmçinin ona dəstək duran məmurun kimliyi barədə daha ətraflı məlumat veriləcək. 
\AzMedia\

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300