Müsavatçılar Bakıda və Qubada 31 mart şəhidlərini ziyarət etdiBu gün ermənilərin Bakıda və Qubada soyqırım törətməsinin 98-ci ildönümüdür.

Tariximizin bu qanlı səhifəsinin ildönümü ilə əlaqədar bu gün Müsavatın rəhbərliyi və partiyanın bir qrup üzvü Şəhidlər Xiyabanında türk Şəhidliyini ziyarər ediblər. Bakının erməni-rus istilasından azad olunması uğrunda döyüşlərdə şəhid olan türk əsgərlərinin xatirəsi yad edilib, onların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub.

Tədbirdə Müsavat başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxış ediblər. Çıxışlarda erməni-rus hərbi birləşmələrinin Azərbaycanda törətdiyi qətliam və ölkənin işğaldan azad olunması üçün canını fəda etmiş türk əsgərlərinin qəhrəmanlığı qeyd edilib.

***

Bu gün bir qrup müsavatçı Quba rayonunda da azərbaycanlıların soyqırım abidəsini ziyarət ediblər. Tədbirdə Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvü Vəfa Cümşüdlü, Müsavat başqanının müşavirləri Ramazan Əliyev və Dadaş Əhmədli iştirak ediblər. Müsavatçılar şəhidlərin xatirəsini yad edib, soydaşlarımızın kütləvi məzarlağına gül dəstələri qoyublar.

Müsavatçılar həmçinin Quba Soyqırım Memorial Kompleksində olublar. Bələdçi Abutalib Talıbov kompleksdəki ekspanatarla müsavatçıları tanış edib. Gülağa Aslanlı komleksdəki xatirə kitabına rəy yazıb.

 

 

Mustafa Hacıbəyli, bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300