Ukrayna prezidentinin saytındakı petisiyada bir nəfər ölkənin adının dəyişdirilməsi təklifi ilə çıxış edib.
Virtualaz.org ino.tv-yə istinadən bildirir ki, onun müəllifi Ukraynanın adının dəyişdirilərək Kiyev Rus Dövləti qoyulmasına yönəlik təşəbbüs irəli sürüb.
Müraciət müəllifi bu təşəbbüsü Ukraynanın guya heç vaxt müstəqil olmaması iddiasının əsassızlığını göstərmək niyyəti ilə izah edib.
Məlumata görə, bununla bağlı Ukrayna prezidentinin rəsmi saytında ilkin olaraq 80 nəfərin imzası ilə petisiya yerləşdirilib. Lakin petisiyaya baxılması üçün ən azı 25 min səsin lazım olduğu bildirilir.