emblem

 

Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Müsavatın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti və təşkilati məsələlərə baxılıb. 

Divan üzvü Nailə Yaqublu Türkiyənin Ankara şəhərində M.Ə.Rəsulzadənin silahdaşı, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalla görüşü barədə məlumat verib.

iltizam

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı seçkilərlə əlaqədar məhkəmə prosesləri haqda məlumat verərək bildirib ki, namizədliyi qeydə alınmayan müsavatçıların Azərbaycan məhkəmə instansiyaları üzrə şikayətləri yekunlaşıb. Bütün şikayətlərlə bağlı Mərkəzi Seçki Komissiyasının əsassız qərarları qüvvədə saxlanılıb. Məhkəmə qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizələri hazırlanıb.

Müsavat Partiyasının seçkidən çəkilməklə bağlı qərarına əsasən namizədliyini geri götürən müsavatçılar haqqında MSK-nın qanunsuz qərarlarından verilən şikayətlər Apellyasiya və Ali Məhkəmə instansiyalarında davam edir.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbsinin qanunsuz olması haqqında Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərar barədə Divan üzvləri məlumatlandırılıb. Ədalətin tanınması yönündə qəbul edilən bu qərar təqdir olunub. Bu şikayətin məhkəmə instansiyalarını uğurla keçməsi üçün vəkil Nemət Kərimlinin fəaliyyəti yüksək qiymətləndirilib.

Müsavat Partiyasının seçkidən iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin partiya intizamı məsələsinə baxılıb. Partiyadan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub. Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, İltizam Əkbərli partiyanın bu məsələdə istənilən qərarına sayğı ilə yanaşacağını bildirmişdi.

Divan Sabuncu rayon Polis İdarəsinin qarşısına toplaşmış inanclı şəxslərə qarşı güc tətbiq etməsini və yol verilən zorakılıqları qətiyyətlə pisləyib. Aksiyada iştirak edənlərin həbs olunmasını fundamental insan haqlarına qarşı atılmış addım kimi qiymətləndirib. Hakimiyyəti ölkədə dini zəmində qarşıdurma yarada biləcək addımlardan çəkinməyə çağı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300