Partiyaların gəlir-çıxarı...
Transparency.az daha bir neçə partiyanın Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatına nəzər salıb.

Böyük Quruluş Partiyası hesabatında 2015-ci ildə 106 min 300 manat gəliri olduğunu göstərib. Məbləğin 195 manatı üzvlük haqqından əldə olunub, qalan vəsait dövlət büdcəsinin payına düşüb. Partiya seçkidə iştiraka 51 min manatdan çox pul xərcləyib.

Dövlət büdcəsindən Milli Dirçəliş Hərəkatı Partiyasına 107 min manata yaxın vəsait ayrılıb. Partiya bu pulun 6 min manatdan çoxunu seçkiyə və ictimaiyyətlə əlaqəyə, 93 minə qədərini qurumun saxlanmasına sərf edib.

Müsavat Partiyasının gəlirləri üzvlük haqqından toplanıb: 7529 manat. Bu vəsait partiyanın saxlanmasına və informasiya təminatına xərclənib.

Milli İstiqlal Partiyası da ötən il gəlirlərini üzvlük haqqından əldə edib. Partiyanın gəlirləri 2252, xərcləri 3136 manata yaxın olub.

Sosial Demokrat, Vətəndaş Birliyi, Klassik Xalq Cəbhəsi, Azərbaycan Demokrat partiyalarının MSK-ya təqdim etdiyi hesabatlarda ötən il gəlirlərinin və xərclərinin olmadığı göstərilib (Başqa partiyaların hesabatı).

"Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Martın 31-nə qədər 55 rəsmi siyasi partiyadan 44-ü MSK-ya hesabat təqdim edib.

Bəzi partiyaların maliyyə hesabatı MSK-nın saytında yerləşdirilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300