QHT-lərə

Təşkilat rəhbərləri qərara münasibətlərini açıqladılar; rəylər fərqlidir...

 

Bir neçə gün əvvəl bəzi QHT rəhbərlərinin ölkəyə giriş-çıxışına qoyulan qadağa götürülüb. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan təşkilatların cinayət işi dayandırılıb. Bunu koalisiyanın koordinatoru Əliməmməd Nuriyev qurum üzvlərinə yazdığı məlumatda bildirib. 

Onun sözlərinə görə, koalisiyanın üzvü olan İqtisadi Tədqiqatlar Mərkəzindən  Qubad İbadoğu və Qalib Bayramovun, Azad İqtisadiyyata Yardım İB-in rəhbəri Zöhrab İsmayılın, Demokratik Təsisatlar və İnsan Hüquqları İB-dən Elçin Abdullayevin, "Free Person” İnsan Hüquqları Müdafiə Cəmiyyətindən Səbuhi Qafarovun və Qafqaz Media Araşdırmaları Mərkəzindən Anar Orucovun hesabları üzərindən həbs və vergi yoxlamaları dayandırılıb: "Qeyd edilən QHT-lərə qarşı açılan cinayət işləri də dayandırılıb. Daha əvvəllər isə Mirvari Qəhrəmanlı (Neftçilərin Hüquqlarının Müdafiəsi İB), Anar Orucov (Qafqaz Media Araşdırmalar Mərkəzi), Vüqar Bayramovla ( İqtisadi və Sosial İnkişaf Mərkəzi) bağlı cinayət işləri dayandırılmışdı”,- deyə Ə. Nuriyev bildirib.

Azərbaycan sərhədlərində yoxlama problemi olan koalisiyanın üzvlərindən  Qalib Bayramov, Zaur Əkbər, Məlahət Mürşüdlü, Səbuhi Qafarov, Oqtay Güləliyev, Anar Orucov, Əziz Orucov, Zöhrab İsmayıl, Elçin Abdullayev və  İlham Hüseynli 18 mart tarixindən ölkəyə giriş-çıxışla bağlı heç bir problemlə üzləşməyəcəklər.

Adları çəkilən QHT rəhbərlərindən bir neçəsi fakta münasibətlərini bildiriblər. Qalib Toğrul musavat.com-a açıqlamasında qeyd edib ki, bu məsələdə bir qədər gözləmək daha məqsədəuyğundur: "Gözləyək ki, sular durulsun. Ortada real heç nə yoxdur. Gözləyirik ki, hesabımızla bağlı məsələ dəqiqləşsin. Ölkədən çıxmışam, daha məni yoxlamırlar, bu, götürülüb. Ancaq digər məsələlər hansı səviyyədə həll olunub, onu bilmirəm. Hazırda dəqiqləşdirmə gedir”.

Zöhrab İsmayıl isə sualları cavablandırmaq istəmədiyini bildirib. 

Elçin Abdullayev qeyd edib ki, bu xəbəri sosial şəbəkələrdən, mətbuatdan, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiya Şurasının koordinatoru Əliməmməd Nuriyevin müsahibələrindən oxuyub: "Belə bir qərarın olmasına şübhəm yoxdur. Yəqin hər hansi bir siyasi qərar var ki, Əliməmməd Nuriyev bu fikri səsləndirib. Onun fikirlərinin səmimiliyinə şübhə etmirəm. Bizim ölkədə siyasi qərar olmadan, hər hansi məsələnin hüquqi həlli mümkünsüzdur. Bildiyiniz kimi, rəhbərlik etdiyim təşkilat insan hüquqları sahəsində, xüsusilə QHT-lərə hüquqi yardımla məşğul olan təşkilatdır. Biz bütün qərarlarımızı və fəaliyyətimizi hüquqi sənədlərə əsasən qururuq. Bu baxımdan, problemin həll olunmasının rəsmi sənədlərdə əks olunmasını görmək istəyirik.   

Dünənə qədər bizim bank hesablarımızda həbslər və vergi cərimələri durur. Yəqin ki, növbəti həftələrdə biz bunun bir daha dəqiqləşdirilməsini aparacağıq. Digər tərəfdən, rəhbərlik etdiyim QHT-yə qarşı cinayət təqibinin və ya cinayət işinin olub-olmamasını müəyyənləşdirmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə rəsmi müraciət ünvanlamışıq və bununla bağlı hər hansı rəsmi cavab almamışıq. Düzdür, təşkilatımıza məxsus olan sənədlər və digər texniki avadanlıqlar bir müddət sonra idarə tərəfindən bizə geri verilib. Digər tərəfdən, təşkilatımızın vergi cərimələri var. Bu cərimələrin olub-olmamasına dair Vergilər Nazirliyinə sorğu ilə müraciət edəcəyik.  Rəsmi cavablardan sonra ictimayyətə açıq müraciət edəcəyik”.

Onun fikrincə, ölkəyə qayıtdıqdan sonra təzyiqlərin davam etməsi onun üçün əhəmiyyətli deyil: "Bildiyiniz kimi, biz hazırda Almaniyaya təhsil təqaüd proqrami çərçivəsində gəlmişik. Bu proqram uzunmüddətli proqramdır. Ən azından 2019-cu ilin sentyabrına qədər davam edəcək. Bu baxımdan, yaxın illərdə Azərbaycana qayıtmaq haqqında düşünmürəm. Doğrusu, təzyiqlərin davam etməsi mənim üçün artıq əhəmiyyətli deyil. Çünki hər zaman təzyiqlər mövcud olub. Əhəmiyyətli odur ki, artıq mövcud qanunvericilik və mövcud şəraitdə QHT-lərin əvvəlki kimi fəaliyyət göstərmək imkanları məhduddur. Ona görə yaxın perspektivdə QHT-lərin səmərəli və effektiv fəaliyyətinin olmasını gözləmək sadəlövhlük olardı. Bu gün güclü vətəndaş cəmiyyəti ən çox hökumətə lazımdır”.(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300